Lənkəranda keçirilən
görüşdə seçicilərin növbəti prezident seçkilərində
dövlət başçısı
İlham Əliyevin namizədliyini
yekdilliklə dəstəklədikləri
vurğulanmışdır
İyulun 4-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov məlumat vermişdir ki, təşkilatın sıraları ildən-ilə genişlənir. Son bir ildə partiya sıralarına 1152 nəfər qəbul edilmiş, bununla da üzvlərin sayı 10 min 150 nəfərə çatmışdır. 152 ilk ərazi təşkilatında birləşən partiya üzvlərinin 3 min 850 nəfərini qadınlar, 3 min 351 nəfərini isə gənclər təşkil edir.
YAP üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirən İ.Dadaşov daha sonra oktyabr ayında keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Toplantıda çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə geniş vüsət almış abadlıq və quruculuq işlərindən söhbət açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli dövlətə çevrildiyini, əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirən Ə.Əhmədov Azərbaycanın gələcək inkişafı naminə qarşıdakı prezident seçkilərində də İlham Əliyevin namizədliyinin dəstəklənməsinin vacibliyini vurğulamışdır.
İcra katibi Ə.Əhmədov partiyanın rayon təşkilatına gənclərin və qadınların, böyük nüfuza malik rayon sakinlərinin seçki kampaniyasında fəal iştirakının təmin olunmasını tövsiyə edərək lənkəranlıların qarşıdakı prezident seçkilərində hamılıqla YAP-ın sədri, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliyini bildirmişdir.
Natiq partiya fəallarını ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdib siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı tutarlı faktlarla ciddi mübarizə aparmağa səsləyərək bildirmişdir ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və "Milli Şura" adlı qurum yaradanlar bu reallığı dərk etməlidirlər. Bu haqda danışan Ə.Əhmədov demişdir: "Milli Şura"nın siyasi perspektivlərinə və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, kənar qüvvələrin diktəsi ilə yaradılmış "Milli Şura" deyilən qurumu Azərbaycan xalqı dəstəkləmir. Xalqa söykənməyən bir qurumun ciddi siyasi şansı da ola bilməz.
Mövzunu davam
etdirən icra katibi daha sonra bildirmişdir:
"Milli Şura"
deyilən qurumun özünə lider seçdiyi Rüstəm
İbrahimbəyov 30 ildir ki,
Azərbaycanda yaşamır. Bu adam Azərbaycan dilini də düz-əməlli
bilmir. Milli mentalitetə yad
bir şəxsdir.
Bir neçə il əvvəl
erməniləri müdafiə
etdiyinə, Azərbaycanın
ərazi bütövlüyünü
şübhə altına
aldığına görə
Rüstəm İbrahimbəyovu
kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə
namizəd göstərirlər.
Hansı
əsasla? Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin
seçkilərdə cüzi
də olsa, şansı yoxdur. Xalq öz səsini Azərbaycanı
qısa müddətdə
regionda lider dövlətə çevirən
İlham Əliyevə
verəcəkdir".
Görüşdə
çıxış edən Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov
məlumat vermişdir ki, Prezident İlham Əliyev ötən
il Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha
da sürətləndirilməsi ilə bağlı dörd sərəncam
imzalamışdır. Dövlət
başçısının bu diqqət
və qayğısı sayəsində rayonda
geniş iqtisadi-sosial
layihələr həyata keçirilir. Rayonda su və kanalizasiya xətlərinin çəkildiyini,
yolların əsaslı təmir olunduğunu,
kəndlərin qazlaşdırıldığını diqqətə
çatdıran T. Qaraşov bütün bunların düşünülmüş
və uzaqgörən siyasət nəticəsində başa gəldiyini və buna
görə də Lənkəran əhalisinin mütləq əksəriyyətinin
prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə
dəstəklədiklərini vurğulamışdır.
Azərbaycan.-2013.- 5 iyul.- S.2.