Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb bölgəsinə səfəri

 

Tovuzda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfərinə Tovuz rayonundan başlamışdır.

Dövlət başçısı əvvəlcə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.   

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 6 iyul.- S.1.