Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya parlamenti sədrinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Xorvatiya Respublikası parlamentinin sədri İosip Lekonun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyi vurğulandı, Xorvatiyanın Avropa
İttifaqına üzv qəbul olunmasından məmnunluq ifadə
edildi. Ölkələrimizin bundan sonra həm
ikitərəfli, həm də Azərbaycan-Avropa
İttifaqı çərçivəsində fəal əməkdaşlıq
edəcəyi əminliklə qeyd olundu. Xorvatiya Respublikası
parlamentinin sədri İosip Lekonun Azərbaycana səfərinin
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə, o cümlədən
parlamentlərarası əməkdaşlıq sahəsində
daha da genişləndirilməsi işinə xidmət edəcəyi
bildirildi.
AzərTAc
Azərbaycan.-2013.- 6 iyul.- S.3.