Azərbaycan Respublikasının fövqəladə
hallar naziri
Latviyada bir sıra görüşlər keçirmişdir
Azərbaycan
Respublikasının fövqəladə hallar naziri,
general-polkovnik Kəmaləddin Heydərovun
başçılıq etdiyi Azərbaycan nümayəndə
heyəti Latviyanın daxili işlər naziri Rixard
Kislovskisin dəvəti ilə
iyulun 4-də Riqaya rəsmi səfərə gəlmişdir.
Latviya
Prezidenti Andris Berzinş ilə görüşdə ikitərəfli
əlaqələrin inkişafı məsələləri
müzakirə edilmişdir.
Kəmaləddin
Heydərov səmimi qəbul üçün təşəkkürünü
bildirərək fövqəladə halların idarə edilməsi
məsələlərində hər iki ölkənin
potensialından səmərəli istifadə etməyin
vacibliyini vurğulamışdır.
Elə
həmin gün Latviyanın Baş naziri Valdis Dombrovskis ilə
də görüş olmuşdur. Tərəflər fövqəladə
halların qarşısının alınması və
onların nəticələrinin aradan qaldırılması
üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinin
vacibliyini qeyd etmişlər.
Latviyanın
daxili işlər naziri Rixard Kislovskis ilə görüşdə
fövqəladə halların qarşısının
alınması sahəsində əlaqələrin perspektivləri
barədə fikir mübadiləsi aparılmışdır.
Elə
həmin gün Azərbaycan nümayəndə heyəti
Yanğın Təhlükəsizliyi və Mülki Müdafiə
kollecinin fəaliyyəti ilə tanış olmuş, daha sonra
Latviya Elmlər Akademiyasında olmuşdur.
Nigar CƏfƏrli,
AzərTAc-ın xüsusi
müxbiri
Riqa
Azərbaycan.-2013.- 6 iyul.- S.4.