İosip Leko: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bundan sonra da tanıyacaqdır

 

"Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bundan sonra da tanıyacaqdır. Biz bu siyasəti Avropa İttifaqının üzvü qismində də davam etdirəcəyik".

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanda səfərdə olan Xorvatiya parlamentinin sədri İosip Leko söyləmişdir. O demişdir: "Xorvatiya Avropa İttifaqının üzvü kimi  ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini tamamilə dəstəkləyir. Biz referendumun birtərəfli qaydada keçirilməsi  cəhdlərini heç vaxt tanımayacağıq.  Xorvatiya  münaqişənin hamı tərəfindən qəbul edilmiş beynəlxalq normalar çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Bunu da qeyd etmək istəyirəm ki, Xorvatiya belə məsələlərdə öz xarici siyasətini Avropa İttifaqının mövqeyinə uyğun qurur".

 

Azərbaycan.-2013.- 6 iyul.- S.8.