Moldova ombudsmanının
çıxışı dünya birliyinin Ermənistanın işğalçı siyasəti ilə
barışa bilmədiyini sübut edir
Moldova
ombudsmanının Ermənistan parlamentində
çıxışı dünya birliyinin Ermənistanın
militarist və işğalçı siyasəti ilə
barışa bilmədiyini sübut edir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Moldova ombudsmanının Ermənistan parlamentində çıxış edərək bu ölkənin işğalçı siyasətini pisləməsini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsini şərh edərkən demişdir.
E.Abdullayev
vurğulamışdır ki, bu çıxış
xüsusilə insan hüquqları üzrə ixtisaslaşan
bir çox beynəlxalq təşkilatlar üçün
nümunə ola bilər. İnsan hüquqlarının
kütləvi şəkildə pozulması beynəlxalq
birliyin diqqətindən kənarda qalmamalıdır, dünya
ictimaiyyəti bu kimi hallara sərt reaksiya verməlidir. Söhbət
Azərbaycan ərazilərində aparılan etnik təmizləmə
siyasətindən və insanların öz yurdlarından zorla
qovulmasından gedir. Bu, təkcə cəsarətli deyil, həm
də 20 ildən artıqdır hüquqları pozulan milyondan
artıq qaçqın və məcburi
köçkünün müdafiəsinə yönəlmiş
obyektiv addımdır. Ermənistan anlamalıdır ki,
Xocalıda insanlığa qarşı törədilmiş
cinayəti, etnik təmizləmələri, sərhədlərin
zorla dəyişdirilməsi cəhdlərini gizlətmək
mümkün deyildir.
Azərbaycan.-2013.- 6 iyul.- S.9.