Gənclər və idman naziri Quba şəhərində vətəndaşları qəbul etmişdir

 

İyulun 5-də gənclər və idman naziri Azad Rəhimov Quba şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, mədəniyyət evində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

Vətəndaşların müraciəti daha çox təmsil etdikləri bölgələrdə idman bölmələrinin açılması, güzəştli ipoteka krediti, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, işə düzəlmə, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, fəxri adların alınması və digər məsələlərlə bağlı olmuşdur.

Qəbulda nazirliyin müxtəlif struktur rəhbərlərinə, eləcə də şimal  bölgəsindəki rayonların gənclər və idman idarələrinin rəislərinə qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.10.