Dövlət Gömrük
Komitəsinin sədri Aydın Əliyev Sumqayıtda şimal bölgəsindən
olan vətəndaşları qəbul etmişdir
Dövlət
başçısı İlham Əliyevin göstəriş
və tövsiyələrinə əsasən, vətəndaşların
yerlərdə qəbulu üzrə təsdiq edilmiş cədvələ
uyğun olaraq iyulun 5-də Dövlət Gömrük Komitəsinin
sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev
Sumqayıt şəhərində şimal bölgəsindən
olan vətəndaşları qəbul etmişdir. Sumqayıt
Baş Gömrük İdarəsinin konfrans zalında
keçirilən qəbulda əsasən Abşeron, Qobustan,
Şabran və Siyəzən rayonlarında fəaliyyət
göstərən şirkətlərin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
xəbər verir ki, qəbul üçün müraciət
edənlərin rahatlığının təmin olunması məqsədilə
əvvəlcədən qeydiyyat aparılmışdır.
Komitənin müvafiq qurumlarının rəhbərlərinin
də iştirak etdikləri qəbulda müxtəlif spektrli
müraciətlərə baxılmışdır. Müraciətlərin
bir qismi yerindəcə həllini tapmışdır. Komitənin
səlahiyyətlərinə aid olmayan müraciətlər isə
müvafiq qurumlara çatdırılmaq üçün
qeydiyyata alınmışdır.
A. Əliyev qəbul zamanı şəhərdə fəaliyyət göstərən müəssisə və şirkətlərin nümayəndələrinin, sumqayıtlı sahibkarların gömrük prosesinin daha səmərəli təşkili istiqamətində təkliflərini də dinləmişdir. Komitə sədri tərəfindən "Azərkimya" İstehsalat Birliyi və "Azqlas" şirkətinin idxal etdikləri yüklərin gömrük rəsmiləşdirilməsi ilə bağlı yaranan problemlərlə əlaqədar struktur bölmələrinin rəislərinə müvafiq tapşırıqlar verilmişdir.
Bundan
başqa, şirkət nümayəndələrinə idxal
etdikləri yüklərin rəsmiləşdirilməsi
üçün gömrük ödənişlərinin
ödənilməsində möhlət verilməsi və bu
kimi digər məsələlərlə bağlı
müvafiq qanunvericiliyin tələbləri izah olunmuşdur.
Azərbaycan.-2013.- 6 iyul.- S.10.