Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin sədri
Masallıda bölgə sakinlərini qəbul etmişdir
İyulun 5-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Masallı şəhərində cənub bölgəsinin sakinlərini qəbul etmişdir.
AzərTAc xəbər verir ki, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının 50-yə yaxın sakinin müraciəti dinlənilmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı bəlli pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin meşə fondu və qış otlağı ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və digər məsələlərlə bağlı olmuşdur.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər komitənin əməkdaşları tərəfindən araşdırılaraq müvafiq rayon və şəhər şöbələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.
Komitənin
səlahiyyətlərinə aid olmayan müraciətlər isə
əlaqədar qurumlara göndərilmək üçün
qeydə alınmış və nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2013.- 6 iyul.- S.10.