Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
Şamaxıda vətəndaşları qəbul etmişdir
İyulun 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şamaxıda vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbul olunması, onların problem və təkliflərinin öyrənilməsi və operativ həlli ilə əlaqədar verdiyi tapşırıqlar çərçivəsində keçirilən qəbulda Şamaxı, Ağsu, Göyçay və İsmayıllı rayonlarından gəlmiş sakinlər iştirak etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda bu gün qadınları daha çox narahat edən məsələlər barədə onların fikir və təklifləri dinlənilmiş, işgüzar müzakirələr aparılmışdır. Xüsusilə bəzi hallarda qızların təhsildən yayınmaları, erkən nikahın, boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri ilə əlaqədar daha çox müraciətlər olmuşdur. Qəbulda eyni zamanda işlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər və s. barədə də müraciətlər dinlənilmişdir.
Qəbul
zamanı bir çox şikayətlər operativ surətdə
həllini tapmış, bəzi məsələlər əlaqədar
təşkilatlar tərəfindən araşdırılmaq və
vətəndaşları vaxtında məlumatlandırmaq
üçün nəzarətə
götürülmüşdür.
Qəbula
gələnlər onların şikayət və təkliflərinin
dinlənilməsi üçün yaradılan şəraitdən,
görülən operativ tədbirlərdən razı
qaldıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 6 iyul.- S.10.