T.İ.Sinyavskayanın «Dostluq» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə Tamara İlyiniçna Sinyavskaya "Dostluq" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 iyul 2013-cü il

 

Azərbaycan.-2013.- 7 iyul.- S.1.