Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə
olan sədri, Ukraynanın
xarici işlər nazirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in
fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər
naziri Leonid Kojaranı qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın
gələcək inkişafı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti
və perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı. Söhbət zamanı, həmçinin Azərbaycanla
Ukrayna arasında münasibətlərin ikitərəfli və
beynəlxalq təşkilatlar çərçivəsində
uğurla inkişafından məmnunluq ifadə olundu.
AzərTAc
Azərbaycan.-2013.- 9 iyul.- S.1.