«İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹9, maddə 788) aşağıdakı dəyişikliklər edilsin:

 

1. "ÜMUMİ HİSSƏ" sözləri "I. ÜMUMİ BÖLMƏ" sözləri ilə əvəz edilsin və həmin sözlərdən sonra "1-ci fəsil GİRİŞ MÜDDƏALARI" sözləri əlavə edilsin;

 

2. Qanunun mətni üzrə ismin müvafiq halında "Ümumi hissə" və "Xüsusi hissə" sözləri "Ümumi bölmə" və "Xüsusi bölmə" sözləri ilə əvəz edilsin;

 

3. 1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"1.2. Bu qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sığorta növünə şamil edilir.";

 

4. 5.2-ci maddədə "bölməsinə" və 10.3-cü maddədə "bölmələri" sözü müvafiq olaraq "fəslinə" və "fəsilləri" sözü ilə əvəz edilsin;

 

5. 6.4-cü maddənin birinci cümləsində "Sığorta qanunvericiliyinə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu qanuna" sözləri ilə, "ödənişini almaq hüququna malik" sözləri "ödənişi verilməli" sözləri ilə əvəz edilsin;

 

6. 8-ci maddə üzrə:

 

6.1. aşağıdakı məzmunda 8.1-1-ci maddə əlavə edilsin:

 

"8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.";

 

6.2. 8.5-ci maddənin birinci cümləsində "sığorta qanunvericiliyində" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-921-ci maddələrində" sözləri ilə əvəz edilsin;

 

7. 9.5-ci maddə ləğv edilsin;

 

8. 11-ci maddə üzrə:

 

8.1. 11.1-ci maddədən "bu qanunun Xüsusi hissəsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla," sözləri çıxarılsın;

 

8.2. 11.2-ci maddədə "Qanunda nəzərdə tutulmuş hallarda" sözləri "Qanunun 56.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla," sözləri ilə əvəz edilsin;

 

9. 12-ci maddə üzrə:

 

9.1. 12.1-ci maddədə "sığorta qanunvericiliyi ilə müəyyən olunmuş" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 81.8-ci maddəsində nəzərdə tutulmuş" sözləri ilə əvəz edilsin;

 

9.2. 12.2-ci maddədə "qanunvericilikdə nəzərdə tutulanlardan" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 96.1-ci maddəsində nəzərdə tutulandan" sözləri ilə, "Xüsusi hissəsində" sözləri "28.3-cü, 30.1-ci, 30.3-cü və 31.1-ci maddələrində" sözləri ilə əvəz edilsin;

 

10. 13.5-ci maddədə "yazılı sığorta tələbi sığortaçıya təqdim olunmalıdır" sözləri "sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir" sözləri ilə əvəz edilsin;

 

11. 14-cü maddə üzrə:

 

11.1. 14.1.1-ci maddədə "yüngül" sözündən sonra ", az ağır" sözləri əlavə edilsin;

 

11.2. 14.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması:

 

14.2.3.1. I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə - 80 faiz;

 

14.2.3.2. II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə - 60 faiz;

 

14.2.3.3. III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə - 40 faiz;";

 

11.3. 14.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması - 30 faiz;";

 

11.4. 14.2.5-ci maddədə "5" rəqəmi "15" rəqəmləri ilə əvəz edilsin;

 

11.5. 14.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"14.3. Bu qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

 

12. 16-cı maddə üzrə:

 

12.1. 16.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir.";

 

12.2. 16.2-ci maddənin birinci cümləsində "sığorta qanunvericiliyinin tələblərini" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini" sözləri ilə, ikinci cümləsində "sığorta qanunvericiliyinin tələbləri" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi" sözləri ilə əvəz edilsin;

 

12.3. 16.3-cü maddədə "sığorta qanunvericiliyində" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində" sözləri ilə əvəz edilsin;

 

12.4. 16.4-cü maddənin birinci cümləsindən "qanunvericiliyin tələblərinə uyğun olaraq" sözləri çıxarılsın;

 

13. 17-ci maddə üzrə:

 

13.1. 17.1.3-cü maddədən "notariat qaydasında təsdiqlənmiş" sözləri çıxarılsın;

 

13.2. 17.1.4-cü maddədə "baş verməsi faktını təsdiqləyən," sözləri "təfərrüatları (hadisənin başvermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə" sözləri ilə əvəz edilsin;

 

13.3. 17.1.7-ci, 17.1.8-ci və 17.1.10-cu maddələrdən "notariat qaydasında təsdiq edilmiş" sözləri çıxarılsın;

 

14. 19.9-cu maddədən "qanunvericiliyə uyğun olaraq" sözləri çıxarılsın;

 

15. 21-ci maddə üzrə:

 

15.1. 21.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 21.1.5-ci maddə əlavə edilsin:

 

"21.1.5. bu qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.";

 

15.2. 21.2-ci maddə ləğv edilsin;

 

16. 22-ci maddə üzrə:

 

16.1. 22.1.3-cü maddədə "qanunvericiliklə nəzərdə tutulmuş qaydada" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı" sözləri ilə əvəz edilsin;

 

16.2. 22.1.6-cı maddədə "qanunvericiliklə nəzərdə tutulmuş" sözləri "bu qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş" sözləri ilə əvəz edilsin;

 

16.3. 22.1.7-ci maddədə "qanunvericilikdə nəzərdə tutulmuş qaydada" sözləri "sığorta nəzarəti orqanına və məhkəməyə" sözləri ilə əvəz edilsin;

 

16.4. 22.1.8-ci maddədə "sığorta qanunvericiliyində" sözləri "bu qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində" sözləri ilə əvəz edilsin;

 

16.5. 22.2.7-ci maddədə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində" sözləri ilə əvəz edilsin;

 

16.6. 22.2.12-ci maddədə "sığorta qanunvericiliyi ilə" sözləri "bu qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində" sözləri ilə əvəz edilsin;

 

17. 23-cü maddə üzrə:

 

17.1. 23.1.2-ci maddədən "sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada" sözləri çıxarılsın;

 

17.2. 23.1.4-cü maddədən "sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi" sözləri çıxarılsın;

 

17.3. 23.1.6-cı maddədə "sığorta qanunvericiliyində" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu qanunun 25-ci maddəsində" sözləri ilə əvəz edilsin;

 

17.4. 23.1.7-ci maddədə "qanunvericiliklə yol verilən" sözləri "sığorta ödənişi verməsi ilə bağlı maraqlarından irəli gələn" sözləri ilə əvəz edilsin;

 

17.5. 23.1.8-ci maddədə "sığorta qanunvericiliyində" sözləri "bu qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

17.6. 23.2.2-ci maddədə "sığorta qanunvericiliyinə uyğun olaraq" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla" sözləri ilə əvəz edilsin;

 

17.7. 23.2.8-ci maddədə "sığorta qanunvericiliyi ilə" sözləri "bu qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

18. 24.1.6-cı maddədə "qanunvericilikdə nəzərdə tutulmuş qaydada" sözləri "sığorta nəzarəti orqanına və məhkəməyə" sözləri ilə əvəz edilsin;

 

19. 25-ci maddə üzrə:

 

19.1. 25.1.6-cı maddədə "qanunvericiliyin" sözü "qanunun" sözü ilə əvəz edilsin;

 

19.2. 25.1.8-ci maddədə "Xüsusi hissəsində nəzərdə tutulmuş digər hallarda" sözləri "63.1-ci maddəsində nəzərdə tutulmuş halda" sözləri ilə əvəz edilsin;

 

19.3. 25.3-cü maddə ləğv edilsin.

 

20. 27-ci maddə üzrə:

 

20.1. 27.1.1-27.1.5-ci maddələrdə "Qanunda" sözündən sonra "və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri əlavə edilsin;

 

20.2. 27.1.6-cı maddədə "etmək" sözündən sonra "və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək" sözləri əlavə edilsin;

 

21. 31.3-cü maddədə "tutulmuş" sözündən sonra "müvafiq" sözü əlavə edilsin, "növlərinə" sözü "növünə" sözü ilə əvəz edilsin;

 

22. 32-ci maddə üzrə:

 

22.1. 32.1-ci maddədə "Qanunda" sözündən sonra "və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri əlavə edilsin;

 

22.2. 32.1.3-cü maddədə "III Fəslində" sözləri "4-cü fəslində" sözləri ilə əvəz edilsin və maddədən ", bir şərtlə ki, zərərçəkən zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı tələb irəli sürməsinə baxmayaraq, bu tələb təmin edilməmiş olsun" sözləri çıxarılsın;

22.3. 32.2-ci və 32.3-cü maddələrdə "I Fəsli", "II və III Fəsilləri" və "IV Fəsli" sözləri müvafiq olaraq "2-ci fəsli", "3-cü və 4-cü fəsilləri" və "5-ci fəsli" sözləri ilə əvəz edilsin;

22.4. 32.4-cü maddədə "qanunvericiliklə sığortaçılar üçün müəyyən edilmiş" sözləri "sığortaçılara aid" sözləri ilə əvəz edilsin;

23. 33-cü maddə üzrə:

23.1. 33.2-ci maddədə "qanunvericiliklə" sözü "bu qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

23.2. 33.4-cü maddədə "qanunvericilikdə" sözü "bu qanunda və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

24. aşağıdakı məzmunda 34-1-34-4-cü maddələr əlavə edilsin:

"Maddə 34-1. İcbari sığortalar üzrə informasiya sistemi

34-1.1. Bu qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və icbari sığorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra - "informasiya sistemi") qurulur və istifadəsi təmin edilir.

34-1.2. İnformasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsini və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunan vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır.

34-1.3. İnformasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət sığorta nəzarəti orqanının nəzarəti altında Büro tərəfindən həyata keçirilir.";

"Maddə 34-2. İnformasiya sisteminin məlumatlarla təchiz edilməsi

34-2.0. Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir:

34-2.0.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;

34-2.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;

34-2.0.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı;

34-2.0.4. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan məlumatlar.";

"Maddə 34-3. İnformasiya sisteminin istifadəsinə dair əsas tələblər

34-3.1. Sığorta nəzarəti orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro, Büronun iştirakçısı olan sığortaçılar, həmçinin sığortalılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.

34-3.2. Müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə icbari sığorta müqaviləsinin bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə saxlanılması sığortaçı tərəfindən təmin edilməlidir.

34-3.3. Sığortaçı və Büro baş vermiş sığorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, sığorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.

34-3.4. İnformasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir. Sığorta müqaviləsi bağlanarkən sığortalını bu imkanın hüquqi və texniki xüsusiyyətləri barədə aydın yazılı şəkildə məlumatlandırmaq sığortaçının vəzifəsidir.

34-3.5. Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.";

"Maddə 34-4. İnformasiya sistemindən məlumatların əldə edilməsi

34-4.0. İnformasiya sisteminin istifadəçiləri onun informasiya ehtiyatından aşağıdakı məlumatları əldə etmək imkanına malikdirlər:

34-4.0.1. Sığortalılar - bağladıqları sığorta müqavilələri və həmin müqavilələr üzrə verilmiş sığorta ödənişləri barədə məlumatlar;

34-4.0.2. Büronun iştirakçısı olan sığortaçılar - özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən verilmiş sığorta ödənişlərinə münasibətdə ayrı-ayrı, həmçinin ümumiləşdirilmiş məlumatlar;

34-4.0.3. sığorta nəzarəti orqanı və Büro - informasiya sisteminin informasiya ehtiyatında olan istənilən məlumatlar;

34-4.0.4. müvafiq icra hakimiyyəti orqanı - informasiya sisteminin şamil olunduğu icbari sığorta növləri üzrə üzərinə icbari sığorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bağladığı icbari sığorta müqavilələrinin mövcudluğunun təsdiqi, sığorta müqaviləsinin tərəfi olan sığortaçının adı, sığorta şəhadətnaməsinin nömrəsi və qüvvədə olma müddəti barədə məlumatlar.";

25. "XÜSUSİ HİSSƏ" sözləri "II. XÜSUSİ BÖLMƏ" sözləri ilə əvəz edilsin;

26. Xüsusi bölmənin fəsillərinin adlarında müvafiq olaraq "I" rəqəmi "2-ci", "II" rəqəmi "3-cü", "III" rəqəmi "4-cü", "IV" rəqəmi "5-ci" sözləri ilə əvəz edilsin;

27. 35-ci maddə üzrə:

27.1. 35.2-ci maddədən "siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən" sözləri çıxarılsın;

27.2. 35.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"35.3.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak;";

27.3. 35.3.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"35.3.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak.";

28.  51-ci maddə üzrə:

28.1. adından  "dair əlavə tələb və ona" sözləri çıxarılsın;

28.2.  51.1-ci maddə ləğv edilsin;

28.3. 51.3-cü maddədə "hər bir halda həmin icbari sığorta müqaviləsinə xitam verilir" sözləri "halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var" sözləri ilə əvəz edilsin;

29. 55-ci maddədə "müqavilələri" sözündən sonra "sığortalının seçimindən asılı olaraq" sözləri, "bir ay" sözlərindən sonra "və ya bir il" sözləri əlavə edilsin;

30. 57.2-ci maddədə "25" rəqəmləri "20" rəqəmləri ilə əvəz edilsin;

31. 58-ci maddə üzrə:

 31.1. 58.2.1-ci maddədən "və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti bu Fəsildə nəzərdə tutulmuş qaydada sığortalanmış olduqda" sözləri çıxarılsın;

31.2. aşağıdakı məzmunda 58.3-1-ci maddə əlavə edilsin:

"58.3-1. Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.";

32. 59-62-ci maddələr ləğv edilsin;

33. 63.1-ci maddədən "25-ci maddəsinə əlavə olaraq" sözləri çıxarılsın;

34. "KEÇİD MÜDDƏALARI" sözləri "III. YEKUN BÖLMƏ" və "6-cı fəsil KEÇİD MÜDDƏALARI" sözləri ilə əvəz edilsin;

35. 65.1-ci maddədə "qanunvericilikdə" sözü "qanunda" sözü ilə əvəz edilsin;

36. 73-cü maddə üzrə:

36.1. 73.1-ci maddənin ikinci cümləsində "qanunvericiliklə" sözü "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində" sözləri ilə, "çağırıla bilər" sözləri "çağırılırlar" sözü ilə əvəz edilsin;

36.2. 73.3-cü maddədə "edilə bilər" sözləri "edilir" sözü ilə əvəz edilsin;

37. "YEKUN MÜDDƏALAR" sözləri "7-ci fəsil YEKUN MÜDDƏALAR" sözləri ilə əvəz edilsin;

38. 74-cü maddə ləğv edilsin;

39. 76-cı maddədən "qanunvericilikdə nəzərdə tutulmuş qaydada" sözləri çıxarılsın;

40. 77.1-ci maddədə "qanunvericiliklə" sözləri "qanunla" sözləri ilə əvəz edilsin;

41. 78-ci maddə üzrə:

41.1. aşağıdakı məzmunda 78.1-1-ci maddə əlavə edilsin:

"78.1-1. Bu qanunun 8.1-1-ci maddəsinin tələbi bu qanunun 2-ci, 3-cü və 5-ci fəsillərinə münasibətdə 2013-cü il iyulun 1-dən qüvvəyə minir.";

41.2. 78.2-ci maddədə "avtonəqliyyat" sözü "nəqliyyat" sözü ilə əvəz edilsin və maddədən "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" 2003-cü il 25 mart tarixli 425-IIQD nömrəli, "İcbari Ekoloji Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə" 2003-cü il 25 mart tarixli 427-IIQD nömrəli,", ", "Sərnişinlərin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə" 2004-cü il 20 aprel tarixli 638-IIQD nömrəli, "Yanğından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə" 2004-cü il 10 sentyabr tarixli 752-IIQD nömrəli" sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 may 2013-cü il

 

Azərbaycan.-2013.- 9 iyul.- S.2.