Musa ÇİLİYEV: Azərbaycan
ilə İnquşetiya arasında əlaqələr
yüksələn xətlə inkişaf edir
İyulun 8-də Azərbaycan
Respublikası Baş nazirin
müavini Abid Şərifov
ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İnquşetiya
Respublikası hökumətinin başçısı Musa Çiliyevin
başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Görüşdə
Baş nazirin müavini A.Şərifov Azərbaycan ilə
İnquşetiya arasında münasibətlərin yüksələn
xətlə inkişafından məmnunluğunu
bildirmişdir. Qeyd edilmişdir ki, xalqlarımız tarix boyu
dostluq münasibətlərini qoruyub saxlamışlar. Bu əlaqələrin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olunmuşdur.
Səfər
çərçivəsində Azərbaycan ilə
İnquşetiya arasında bir sıra maraq doğuran məsələlərin
müzakirə ediləcəyini deyən A.Şərifov
keçiriləcək görüşlərin məhsuldar
olacağına əminliyini bildirmişdir.
Azərbaycana
səfərindən məmnunluğunu bildirən M.Çiliyev
ölkəmizin dinamik inkişafını yüksək qiymətləndirmişdir.
Azərbaycan ilə İnquşetiya arasında əlaqələrin
yüksələn xətlə inkişaf etdiyini vurğulayan
qonaq Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin
ölkələrimiz arasında dostluq əlaqələrinin
daha da genişlənməsinə töhfə verdiyini
demişdir.
İnquşetiyanın
inkişaf tarixindən danışan M.Çiliyev
respublikasının qonşu ölkələrlə müxtəlif
sahələrdə əlaqələrin genişləndirilməsində
maraqlı olduğunu vurğulamışdır. Qonaq
bildirmişdir ki, İnquşetiya Respublikası Azərbaycan
Respublikası ilə mədəniyyət, incəsənət,
idman və digər sahələrdə əməkdaşlığa
böyük əhəmiyyət verir.
AzərTAc
Azərbaycan.-2013.- 9 iyul.- S.3.