Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 170                   Bakı şəhəri, 5 iyul 2013-cü il

 

 

 

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 577-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 2841 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını  təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli  qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹  1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207) ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 27.2-ci və 27.4-cü bəndlərində "Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının" sözləri "Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının" sözləri ilə əvəz edilsin.

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Azərbaycan.-2013.- 10 iyul.- S.1.