«City Magazine Advertising»: Azərbaycana viza
Fransızdilli "City
Magazine Advertising" jurnalında "Azərbaycana viza" sərlövhəli məqalə
dərc edilmişdir. Yazıda paytaxt
Bakının gözəlliyindən,
qədim İçərişəhərdən,
tarixi abidələrdən,
müasir memarlıq nümunələrindən söhbət
açılır. AzərTAc məqaləni
ixtisarla təqdim edir.
Ölkələrin uzun siyahısına nəzər salsaq, görərik ki, Azərbaycan bu ailənin heç bir üzvünə oxşamır. Qafqaz hətta bəzən
xəritədə tapmağa
çətinlik çəkdiyimiz,
haqqında yaranmış
yanlış fikirləri
silməyə qadir regiondur. Şimaldan Gürcüstan və
Rusiya, qərbdən Ermənistan və Türkiyə, cənubdan İranla həmsərhəd
olan, qədim İpək Yolunun üzərində yerləşən
Azərbaycan şərq
tərəfdən Xəzər
dənizi ilə əhatə edilmişdir.
Keçmiş Sovet İttifaqı respublikalarından biri olan Azərbaycanın paytaxtı Bakı yeraltı karbohidrogen ehtiyatları ilə zəngin ölkənin əsl vitrinidir.
Planetin neft istehsal edən
ən böyük ölkələri arasında
Azərbaycan 2010-cu ildə
50 milyard ton neft və 30 milyard kubmetr qaz istehsal
etmişdir. Bu rəqəmlər və ölkənin vitrini olan sonsuz memarlıq
və işıqlı
reklamları ilə paytaxt Bakını görəndə niyə buranın kiçik Dubay adlandırıldığını
başa düşmək
asan olur.
Qafqazın kiçik Dubayı
Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarədən
düşərkən müsafirləri
bu əsl memarlıq abidəsi heyrətləndirir. Gecə gələrkən, işıqlandırılmış terminalın günbəzi
dindarlarımızın hazırladıqları
böyük kilsə formasında olan şirniyyatı xatırladır.
Yenidənqurma işlərinin davam
etdiyi aeroportda dünyanın ən müasir terminalları sırasında olacaq yeni terminalın tikildiyini görürük.
Buraya gələrkən
ilk təəssürat belədir:
inkişafda olan ölkə. Şəhər mərkəzini birləşdirən
yolla sürətlə
irəlilədikcə çeynənmiş
fikirlər dəyişir.
Qüsursuz yol hərəkəti
nişanları, müasir
alman magistrallarından
seçilməyən asfalt.
Geniş
yol boyunca müntəzəm olaraq yerli neft emalı
sənayesinin işıqlandırılmış
loqoları olan yanacaqdoldurma məntəqəsi
görünür. Məhz bu
zaman başa düşürsən ki, elektrik iqtisadiyyatı burada prioritet deyildir. Əsl Las-Vegas kazinoları kimi işıqlandırılmış
yanacaqdoldurma məntəqəsinin
dizaynı adamda həyatında heç olmasa bir dəfə
yanacaqdolduran işləmək
arzusu doğurur.
Ən azından, Nimeyer məktəbi üslubunda yaradılan ağ, dairəvi
və uzunsov memarlıq stili ilə tanınmış Zaha Hadidin memarı
olduğu Heydər Əliyev Mərkəzində
adi bir işçi
olmaq istəyirsən.
Bakı bulvarı
Bakı şəhərinin mərkəzinə
Neftçilər prospekti
ilə gəlirik. Başqa sözlə,
Bulvar adlanan yer. Xəzər dənizi və
dəniz boyunca sıralanmış rəsmi
binalar arasında son dərəcə lüks mağazalar, çox təmtəraqlı parklar
və kafelər, bura şəhərin ən simvolik məkanıdır. İpək Yolu.
Bura bir az Nitsa
"Mavi sahillərdə"
aeroportundan şəhərə
doğru dəniz boyunca yerləşən və "İngilislərin
gəzintisi" adlanan
yerə oxşayır.
Ən uca nöqtədən baxdıqda Şəhidlər
xiyabanında 1990-cı ildə
Qırmızı ordu
ilə toqquşma zamanı həlak olmuş 147 şəhidin qara mərmərdən məzarı sıralanır.
Bu, müstəqilliyin ilk şəhidlərinin məzarlarıdır.
Ölkənin müasir
simvolu olan üç böyük göydələn - "Alov
Qüllələri"nin
ətəyindən baxdıqda
görünən mənzərə
Xəzər dənizi
üzərində Mələklər
Buxtasıdır. Bu gün
bulvarın uzunluğu
beş kilometrdir.
Ancaq gələcəkdə 25 kilometrə
çatdırılacaqdır. Bu, ölkənin urbanizasiya
inkişafı ambisiyasından
xəbər verir.
Bu yaz gününün
sonunda gəzinti vaxtında burada xoş ab-havanın şahidi oluruq. Ailələr, gənclər, yaşlılar
və bir- birinə sarınmış
sevgililər Xəzər
dənizi boyu gəzişirlər. Bakı bulvarından
Neftçilər prospektinin
düz ortasında bir neçə yüz metr uzunluğunda
qala divarları və qədim evlər görünür.
Bu, İçərişəhərdir.
UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş və uğurlu bərpa işləri aparılmış bu məhəllə ətrafda
olan müasir binalar kimi diqqəti
cəlb edir. Bu günlə keçmiş
arasında, demək olar ki, uğurlu
bir tarazlıq vardır.
İçərişəhərdə
çox sayda karvansara vardır
Semafor kimi
ucalan Qız qalasının ətəyində
yaşlı insanların toplanıb şahmat
oynadığı bir neçə kafe vardır. Bu,
İçərişəhərin dar
küçələrini gəzməyə yollanmaq
üçün ideal
yerdir. Qədim mədrəsələr, saraylar və bazar yerlərindən
ibarət bu yerdə, çoxsaylı meydanlarda adam özünü yeganə və böyük karvansaranın mərkəzində
hiss edir. Gah enən, gah da qalxan kiçik
küçələrlə gəzmək adamı sanki keçmişə qaytarır. Beləliklə,
İçərişəhərin qapılarından
çıxan kimi özünü
Fəvvarələr meydanı yaxınlığında, ticarət
obyektlərinin yerləşdiyi məhəllədə
görürsən. Bu meydanda,
Şərq üslubunda inşa
edilmiş fəvvarələr və böyük kasnılar yerinə, bir-birinin yanında düzülmüş
Qərbsayağı reklam
işıqları və fəstfud restoranları görmək
olar. Bakı da fəal
və tələsən aləmə qədəm qoyur.
Azərbaycan.-2013.- 10 iyul.- S.2.