«Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə əlaqədar bəyanat yaymışdır

 

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin iyulun 8-də keçirilmiş toplantısında Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə əlaqədar bəyanat qəbul edilmişdir.

Bu barədə AzərTAc-a İctimai Birliyin analitik-informasiya mərkəzindən bildirmişlər.

Bəyanatda deyilir: "Bu günlərdə Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriunun Ermənistanda keçirilən beynəlxalq konfrans çərçivəsində bu ölkənin parlamentində çıxışı işğalçı dövlətin rəsmilərinin ənənəsinə uyğun olaraq şantajla qarşılanmışdır. Bu, moldovalı ombudsmanın Ermənistan Konstitusiya Məhkəməsinin Yerevanda təşkil etdiyi Ümumavropa konfransında insan hüquqları dondurulmuş münaqişələr mövzusundakı çıxışının məzmunu ilə bağlıdır. Həmin çıxışında Aureliya Qriqoriu Dağlıq Qarabağ münaqişəsindən danışmış Ermənistanın tərəfindən Azərbaycan ərazilərinin 20 faizini zəbt etməsinin, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasının, ermənilərin Xocalıda soyqırımı törətməsinin artıq beynəlxalq səviyyədə etiraf edilmiş fakt olduğunu bildirmişdir.

Moldovalı xanım BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini xatırladaraq, Ermənistanda Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu, onlara qarşı soyqırımı siyasəti yürüdüldüyünü vurğulamışdır.

Bu çıxışdan sonra Ermənistanın hakimiyyət orqanları hədə-qorxu, təqib, təhdid yolu ilə ombudsmanı şantaj etmişlər ki, bu da dövlət terrorizmi siyasətinə sadiq qalan Ermənistanın dünya birliyi tərəfindən tanınmış dəyərlərə növbəti dəfə tam hörmətsizlik nümayiş etdirdiyini göstərir. Bu hadisə Ermənistanın siyasi hakimiyyətinin erməni millətçilərinin bir daha öz cinayətkar hərəkətlərinin ört-basdır edilməsinə cəhd göstərməsi beynəlxalq hüquq normalarının pozulmasının əyani surətdə nümayiş olunması idi.

Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər çox təəssüf hissi ilə qeyd edirik ki, çox cəsarətli çıxışına görə toxunulmazlıq hüququ olan moldovalı ombudsmanın Ermənistanda öz otağından kənara çıxmasına qadağa qoyulması, həmçinin digər dövlətlərin səfirliklərinin bu məsələ ilə məşğul olduğu bir vaxtda beynəlxalq təşkilatların, eləcə insan hüquqlarının müdafiəsi ilə bağlı daim bəyanatlar səsləndirən Avropa qurumları baş verən bu  kobud hüquq pozuntusuna heç bir münasibət bildirməmişlər. Hesab edirik ki, BMT, ATƏT, Avropa Şurası digər beynəlxalq təşkilatların toplantılarında bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilməli Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsinə qadağa qoyulmalıdır.

Bir daha diqqətə çatdırırıq ki, regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət  üçün qara ləkə olan Xocalı, Qaradağlı neçə-neçə qanlı  soyqırımlarını reallaşdırmış Ermənistan Respublikası dünya birliyi tərəfindən tanınmış dəyərlərə növbəti dəfə tam hörmətsizlik nümayiş etdirmişdir.

Xatırladırıq ki, 1988-1993-ci illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş yandırılmışdır. XX əsrin sonunda ermənilərin  Xocalıda törətdikləri soyqırımı bütün insanlığa bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan  çox   əhali öz torpağında qaçqın vəziyyətinə düşmüş hazırda Azərbaycan ərazisinin 20  faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bununla yanaşı,  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 822, 853, 874 884 saylı qətnamələrdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğu erməni hərbi birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə qeyd-şərtsiz çıxarılması tələbinin olduğunu  bir daha nəzərinizə çatdırırıq. Beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistan Respublikasının münaqişədə iştirakı etiraf olunmuş, təcavüz faktları öz əksini tapmışdır.

Bu səbəbdən Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən qəbul edilən sənədlərdə  bu barədə heç demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə   Azərbaycan torpaqlarının işğalını Ermənistan təcavüzkar siyasətini davam etdirdiyini etiraf etməyin vaxtı çoxdan çatmışdır.

Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuya qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusunu qətiyyətlə pisləyir beynəlxalq təşkilatları, Moldova ombudsmanına qarşı baş vermiş bu yolverilməz hadisəyə laqeyd qalmamağa öz münasibətlərini bildirməyə çağırırıq.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-insani hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir".

 

Azərbaycan.-2013.- 10 iyul.- S.3.