Avropa Parlamentinin üzvləri Ağdam rayonunda olmuşlar

 

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri iyulun 9-da Ağdam rayonuna gəlmişlər.

AzərTAc xəbər verir ki, Avropa Parlamentinin üzvləri əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olmuşlar.

Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov Milli Məclisin deputatı Fazil Mustafa qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonu ərazisinin 70 faizi - Ağdam şəhəri, bir qəsəbə 82 kənd işğal olunaraq talan edilmiş dağıdılmışdır. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.

Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Məcburi köçkünlər üçün qədər gözəl şərait yaradılsa da, onların ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır.

Səmimi görüşə görə təşəkkür edən Avropa Xalq Partiyasının vitse-prezidenti, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Mario David Azərbaycanın haqq səsini dəstəklədiklərini bildirmişdir.

Sonra Avropa Parlamentinin üzvləri Quzanlı qəsəbəsindəki mədəniyyət evində Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş "Qafqaz Xirosiması" filminə baxmış, həmçinin uşaq musiqi məktəblərinin xor kollektivlərinin ifasını dinləmişlər.

 

Azərbaycan.-2013.- 10 iyul.- S.4.