Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
21-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
təsdiq edilsin.
Maddə
2. Azərbaycan Respublikasında qüvvədə olan qanunlar və
digər normativ hüquqi aktlar bu qanunla təsdiq edilmiş Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinə
uyğunlaşdırılanadək həmin məcəlləyə
zidd olmayan hissədə tətbiq edilir.
Maddə
3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
qüvvəyə mindiyi gündən aşağıdakı
qanunlar ləğv edilir:
3.1. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikasının 1996-cı il 13 mart tarixli 41-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 1, maddə 19; 2001, ¹ 11, maddələr 676, 695, 699; 2002,
¹ 5, maddə 243, ¹ 12, maddə 692; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57; 2006, ¹ 1, maddə 3; 2007, ¹ 5, maddə 398; 2008, ¹ 8, maddə 701; 2010, ¹ 4, maddə 265; 2011, ¹2, maddə 71);
3.2. "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının 1998-ci il 22 dekabr tarixli 592-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 156; 2001, ¹ 11, maddələr 676, 695; 2004, ¹ 2, maddə 57, ¹ 7, maddə 505; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 8, maddə 701; 2009, ¹3, maddə 160, ¹7, maddə 519, ¹ 12, maddə 966);
3.3. "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 724-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 3; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 10, maddə 886; 2009, ¹ 7, maddə 519);
3.4. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2002-ci il 27 dekabr tarixli 414-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 2, maddə 80; 2007, ¹ 5, maddə 438).
Maddə 4. Bu qanun 2013-cü il avqustun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 iyul 2013-cü il
Azərbaycan.-2013.- 11 iyul.- S.2.