«Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
haqqında» Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli
713-IVQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun 2013-cü il avqustun 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.1.3.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanun layihələrini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydalarını müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına, onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsinə (müddətinin uzadılmasına) görə dövlət rüsumunun daha aşağı məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.6. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin etibarlılıq müddətindən asılı olaraq, həmin icazənin verilməsinə görə dövlət rüsumunun fərqli məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.7. əmək miqrasiyası kvotasının formalaşdırılması prosesində şəffaflığı təmin etsin, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə olan tələbatı haqqında proqnoz-məlumatlarına baxılması prosedurunu müəyyən etsin;
1.1.8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.6-cı və 77.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.9. həmin məcəllənin 38.7-ci maddəsinə uyğun olaraq, turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
1.1.10. həmin məcəllənin 64.0.8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət sahələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
1.2. dörd ay müddətində:
1.2.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 22.2-ci maddəsinə uyğun olaraq, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqənin nümunəsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2.2. həmin məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq, viza blankının doldurulması qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2.3. həmin məcəllənin 36.1.1-ci maddəsinə uyğun olaraq, viza almaq üçün ərizə-anketlərin nümunələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2.4. həmin məcəllənin 36.1.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatətinin nümunəsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2.5. həmin məcəllənin 41.1.1-ci, 46.1.1-ci, 53.1.1-ci və 65.0.1-ci maddələrinə uyğun olaraq ərizə-anketlərin nümunələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2.6. həmin məcəllənin 51.8-ci maddəsinə uyğun olaraq, iş icazəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq etsin, habelə iş icazəsi blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bir ay müddətində:
3.1.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
54.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikasında daimi yaşamaq icazəsinin alınması
üçün müraciət edən əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının qanunları ilə nəzərdə
tutulmuş hüquq və vəzifələri, habelə
dövlət dili ilə bağlı biliyinin yoxlanılması
üçün birgə komissiya yaratsınlar, həmin
komissiyanın fəaliyyət qaydasını təsdiq etsinlər;
3.2. əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş hüquq və vəzifələrini öyrənməsi
məqsədi ilə müvafiq nəşrlərin
hazırlanmasını təmin etsinlər.
4. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi
qeydiyyatını apardığı əcnəbilər barədə
məlumatların Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
22.3-cü maddəsinə uyğun olaraq Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim
olunmasını təmin etsin.
5.
Müəyyən edilsin ki:
5.1.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
4.4-cü, 8.4-cü, 37.2-ci,
37.6-cı, 39.4-cü, 44.6-cı, 52.5-ci, 59.9-cu, 64.0.17-ci
maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
5.2.
həmin məcəllənin 38.7-ci maddəsində (ikinci
halda) və 64.0.8-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata
keçirir;
5.3.
həmin məcəllənin 22.2-ci, 35.3-cü, 35.4-cü,
36.1.1-ci, 36.1.6-cı, 38.6-cı, 41.1.1-ci, 46.1.1-ci, 46.1.5-ci, 50.0.5-ci, 51.5-ci,
51.7-ci maddələrində, 51.8-ci maddəsinin ikinci cümləsində,
53.1.1-ci, 53.1.6-cı, 55.0.2-ci, 62-ci, 65.0.1-ci, 65.0.7-ci,
66.0.6-cı maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
5.4.
həmin məcəllənin 8.2-ci, 8.3-cü, 15.4-cü maddələrində,
21.2-ci maddəsində (hər iki halda), 21.4-cü, 21.6-cı
maddələrində, 21.8-ci maddəsinin birinci cümləsində,
22.3-cü maddəsində (ikinci halda), 23.5-ci, 39.1-ci,
42.4-cü, 42.6-cı, 44.2-ci, 44.3-cü, 44.5-ci, 47.1-ci, 47.9-cu,
48.2-ci, 48.4-cü, 51.4-cü, 52.2-ci, 52.3-cü, 54.1-ci maddələrində,
54.6-cı maddəsində (birinci halda), 54.7-ci maddəsinin
birinci cümləsində (ikinci halda), 54.8-ci maddəsində
(birinci halda), 54.9-cu maddəsində, 54.11-ci maddəsinin birinci
cümləsində, 55.0-cı maddəsində, 59.2-ci maddəsinin
birinci cümləsində (ikinci halda) və ikinci cümləsində,
65.0-cı (65.0.1-ci və 65.0.7-ci maddələr istisna olmaqla),
67.2-ci maddələrində, 67.4-cü maddəsində (birinci
halda), 67.5-ci maddəsində (ikinci halda), 67.7-ci, 67.9-cu,
67.10-cu, 67.11-ci, 67.13-cü, 68.1-ci, 69.2-ci, 69.6-cı, 70.3-cü
maddələrində, 71.1-ci maddəsinin birinci cümləsində,
72.1-ci, 72.2-ci maddələrində, 72.4-cü maddəsinin
ikinci cümləsində, 73.0-cı, 74.7-ci, 76.4-cü, 77.2-ci,
77.5-ci, 79.1-ci, 79.9-cu maddələrində, 80.1-ci maddəsinin
ikinci cümləsində, 80.2-ci maddəsində (hər iki
halda), 80.3-cü, 80.4-cü maddələrində, 80.6-cı
maddəsində (birinci halda), 80.8-ci maddəsinin birinci cümləsində
(birinci halda) və ikinci cümləsində (birinci halda),
80.9-cu maddəsinin ikinci cümləsində, 81.2-ci maddəsində
(birinci halda) nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata
keçirir;
5.5.
həmin məcəllənin 9.4-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın
səlahiyyətlərini müvafiq olaraq hərbi
qulluqçunun xidmət etdiyi Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti,
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti həyata keçirirlər;
5.6.
həmin məcəllənin 9.7-ci maddəsində, 13.1-ci maddəsinin
ikinci cümləsində, 22-ci maddəsinin adında, 22.1-ci
maddəsində, 22.3-cü maddəsində (birinci halda),
30.1-ci, 37.4-cü maddələrində, 37.8-ci maddəsində
(birinci halda), 38.3-cü maddəsinin birinci cümləsində,
42.9-cu maddəsində, 58.4-cü maddəsinin birinci və
ikinci cümlələrində, 58.5-ci, 74.6-cı maddələrində,
80.6-cı maddəsində (ikinci halda), 81.2-ci maddəsində
(ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həyata
keçirir;
5.7.
həmin məcəllənin 11.3-cü maddəsinin birinci
cümləsində və 64.0.11-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;
5.8.
həmin məcəllənin 19.9-cu maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti və
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
həyata keçirirlər;
5.9. həmin məcəllənin 23.1-ci və 23.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;
5.10. həmin məcəllənin 23.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər;
5.11. həmin məcəllənin 37.8-ci maddəsində (ikinci halda), 47.5-ci, 47.6-cı, 47.7-ci maddələrində, 54.6-cı maddəsində (ikinci halda), 54.7-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir;
5.12. həmin məcəllənin 38.2-ci maddəsində və 38.7-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;
5.13. həmin məcəllənin 54.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirirlər;
5.14. həmin məcəllənin 54.8-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
5.15. həmin məcəllənin 58.4-cü maddəsinin ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
5.16. həmin məcəllənin 59.1-ci maddəsinin ikinci cümləsində, 59.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 59.3-cü, 59.8-ci, maddələrində, 67.4-cü maddəsində (ikinci halda), 67.5-ci maddəsində (birinci halda), 67.6-cı, 75.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
5.17. həmin məcəllənin 59.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;
5.18. həmin məcəllənin 80.8-ci maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir.
6. Bu
fərmana əsasən Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla qəbul edilən
normativ hüquqi aktlarda hər hansı dəyişiklik
yalnız Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırıldıqdan sonra edilə bilər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 iyul
2013-cü il
Azərbaycan.-2013.- 11 iyul.- S.2.