"Yol  hərəkəti  haqqında" Azərbaycan  Respublikası Qanununun müddəalarının pozulmasına görə fizikihüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin  25 faizinin  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirənyol  hərəkətinin  tənzimlənməsinə  cəlb  olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 171             Bakı şəhəri, 5 iyul 2013-cü il

 

 

 

"Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi  və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Azərbaycan.-2013.- 11 iyul.- S.2.