Dövlət Sosial Müdafiə Fondunun sədri Ağcabədidə vətəndaşları qəbul etmişdir

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov iyulun 10-da Ağcabədidə bu rayondan, eləcə də Bərdə, Tərtər, Ağdam, Zərdab, Beyləqan, Laçın, Füzuli, Xocalı, Xocavənd və İmişlidən olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən pensiya təyinatı, pensiyaların hesablanması, eləcə də stajla bağlı mübahisəli məsələlərlə əlaqədar müraciət etmişlər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Qəbul zamanı bəzi vətəndaşların qaldırdıqları məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 11 iyul.- S.11.