«AtaTravel»in
Macarıstana infoturu başa çatmışdır
"AtaTravel" MMC-nin
Macarıstana təşkil
etdiyi infotur uğurla başa çatmışdır.
İyunun 29-dan iyulun 6-dək davam edən tanıtım səfərində Azərbaycanın
KİV təmsilçiləri, Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndəsi iştirak
etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, Macarıstanın turizm sənayesi ilə tanışlıq məqsədi daşıyan
infotur bu ölkənin aparıcı
turperatoru olan "1000
yol" və "Wizz Air" aviaşirkətinin
dəvəti ilə həyata keçirilmişdir.
Azərbaycandan gəlmiş nümayəndələrə
məlumat verilmişdir
ki, Macarıstanın turizm sektoru yüksək inkişaf etmiş infrastruktura malikdir. Burada təqdim olunan
keyfiyyətli xidmət,
ölkənin dağ landşaftı ilə göz oxşayan təbiəti bütün
dünyadan turistləri
cəlb edir.
İnfoturun gedişində iştirakçılar
Macarıstanın müxtəlif
regionlarında tarixi abidələrlə, milli adət-ənənələrlə, macar xalqının mətbəxi ilə, musiqi və xalq yaradıcılığı
ilə tanış
olmuş, məşhur
Balaton gölünü seyr
etmiş, termal müalicəvi yerlərə
baş çəkmişlər.
Budapeşt şəhərinə ekskursiyanın proqramına
Qəhrəmanlar meydanı,
Vaydaxunyad qəsri, Budapeştin "Yelisey düzəngahı" - Andraşşa
prospekti, Parlament, Balıqçı Bastionu
və Kral sarayı, Matyaş kilsəsi ilə tanışlıq, Dunaya gözəl mənzərə
ilə açılan
Gellert dağına qalxmaq daxil idi.
Bununla yanaşı, Azərbaycan
jurnalistləri Dunay döngəsində, Esterqom,
Vışeqrad, Sentendre,
Peç, Şarvar, Kestxeydə olmuşlar.
Turun iştirakçıları, həmçinin
Harkan balneoterapevtik kurortu, müalicəvi imkanları ilə hələ Roma imperiyası
dövründən məşhur
olan Heviz termal gölü ilə tanış
olmuş, Şümeq
qalasında cəngavər
yarışını izləmişlər.
Azərbaycanlı media təmsilçiləri "Macarıstan-Turizm"
QSC-nin nümayəndəsi
Kristina Boço, Heviz
şəhərinin meri
Qabor Papp, otel biznesi rəhbərləri,
termal müalicəxanaların
tibbi personalı ilə görüşlər
keçirmişlər.
Bu görüşlərdə
ətraflı informasiya
və onları maraqlandıran suallara cavab almışlar.
İnfoturun iştirakçıları ölkəmizin
Macarıstandakı səfirliyində
də olmuşlar. Burada aparılan
fikir mübadiləsi zamanı son vaxtlar Azərbaycan ilə Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin
bütün sahələrdə
inkişaf etdiyi vurğulanmışdır.
"AtaTravel"in baş direktoru Vüsal Əliyev qeyd etmişdir ki, şirkət Macarıstanın
"1000 yol" tur-operatorunun
tərəfdaşıdır, həmçinin Budapeşt-Bakı-Budapeşt
aviareyslərini uğurla
həyata keçirən
"Wizz Air" aviaşirkəti
ilə sıx əməkdaşlıq edir.
Baş direktor demişdir
ki, Macarıstanın Azərbaycan turistləri üçün yeni istiqamət olduğuna baxmayaraq, bu ölkə artıq populyarlıq qazanmışdır.
Macar turistlərinin də ölkəmizə marağı
artır. "AtaTravel" ölkəmizə
səfərləri asanlaşdırmaq
üçün elektron
viza proseduruna qatılmışdır. Ümumiyyətlə, Azərbaycan-Macarıstan əlaqələri
bütün sahələrdə
inkişaf edir.
"AtaHolding" ASC-nin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi
Dilarə Zamanova isə bildirmişdir ki, bu ilin
sentyabr ayında macar turoperatorları üçün Azərbaycana cavab
səfəri təşkil
ediləcəkdir.
"AtaHolding" şirkətlər
qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. "AtaTravel"
dünyanın istənilən
nöqtəsinə səfərlər
üzrə çoxsaylı
xidmətlər təqdim
edir. Şirkət öz müştərilərinə
otellərin, transferlərin,
təyyarə biletlərinin
və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə
xidmətlər göstərir.
Azərbaycan.-2013.-
11 iyul.- S.11.