Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarının

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti

 

Möhtərəm cənab Prezident!

Azərbaycanda kütləvi informasiya vasitələrinə göstərilən böyük diqqət və qayğı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşSizin uğurla həyata keçirdiyiniz çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanır. Ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müstəqilliyinin inkişaf etdirilməsi, ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması bizim etibarlı media mühitinə sahib olduğumuzu bir daha təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə xidmət edir.

Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Kütləvi informasiya vasitələri ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil edilməsinə dair aldığımız xəbər bizi ürəkdən sevindirdi.

Möhtərəm cənab Prezident!

Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığınız təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər biri bizim üçün böyük etimad nümunəsidir. Azərbaycan jurnalistlərinin ali məclisinin timsalında ölkə jurnalistikasına həssas yanaşdığınıza görə Sizə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönəlmiş yorulmaq bilməyən fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Müraciət Azərbaycan jurnalistlərinin Bakıda keçirilən VI qurultayında qəbul olunmuşdur.

 

Azərbaycan.-2013.- 12 iyul.- S.3.