Əli HƏSƏNOV: Azərbaycan
mediasının inkişafında yeni
meyillər müşahidə olunur
"Azərbaycan mediasının inkişafında yeni meyillər müşahidə olunur".
AzərTAc xəbər verir ki, bu sözləri iyulun 11-də Azərbaycan jurnalistlərinin VI qurultayında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında demişdir.
Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, bu qurultay jurnalistlərin peşəkarlığının artırılması, mənfi proseslərin jurnalistikamızdan tədricən sıxışdırılıb çıxarılması və mətbuatın demokratik prinsiplər əsasında inkişafı dövrünə təsadüf edir.
Əli Həsənov daha sonra demişdir: "Qurultayda səslənən fikirlər, təkliflər, aparılan müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə, mətbuat-dövlət münasibətlərinin sivil qaydada tənzimlənməsinə rəvac verəcəkdir. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaqdır".
Prezident
Administrasiyasının şöbə müdiri jurnalist Nicat
Dağların müalicəsi ilə bağlı dövlət
başçısı tərəfindən göstəriş
verildiyini də diqqətə çatdırmışdır.
Azərbaycan.-2013.- 12 iyul.- S.3.