Rusiyalı səyyah bloqer: Yerevan 90-cı illərin əvvəli səviyyəsində qalmışdır

 

AzərTAc xəbər verir ki, rusiyalı səyyah bloqer Sergey Qrişkeviç bu yaxınlarda Yerevanda olmuşdur. Onu Yerevana dəvət etmiş erməniləri incitmək istəməyən müəllif əvvəlcə o qədər də kəskin olmayan ifadələrdən istifadə etmiş, şəhərin cansıxıcı simasını pozitiv mövqedən təqdim etməyə çalışmışdır.

Lakin şərhlərdən görünür ki, buna heç də həmişə nail ola bilməmişdir. Mətnin elə ilk cümlələrindən aydın olur ki, Yerevan 90-cı illərin əvvəli səviyyəsində qalmışdır. S.Qrişkeviç yazır: "Əhalisinin sayı 1 milyonu ötmüş, bircə dənə də "MakDonalds" iaşə obyekti olmayantikinti bumunun yenicə başlandığı, sovet simasını güclə ört-basdır etməyə çalışan bir şəhər təsəvvür edin. Bu, Yerevandır. Müəyyən mənada qoruq sayılsa da, Tbilisiya Batumidən fərqli olaraq, Yerevanda turistlər üçün cəlbedici cəhət yoxdur".

Müəllif vaxtilə azərbaycanlıların məskunlaşdığı bu şəhərin indi monoetnik olmasını hiss etməyə bilməmişdir. O yazır ki, müasir Ermənistanda hər şey sadə və aydındır - burada hamı ermənidir.

Səyyah Yerevanda çəkdiyi fotoşəkillərdən birinə şərhdə yerevansayağı "tikinti bumu"nu əyani şəkildə nümayiş etdirir. O yazır: "Armaturlar tamam pas atmışdır. Bu, tikinti texnologiyasına ziddir. Kaskadın arxasında görünən "Şimal şəfəqi" adlı yaşayış kompleksi hələ istifadəyə verilməmişdir. Bu, Yerevanda gördüyüm ikrah doğurmayan yeganə müasir binadır".

Düzdür, Yerevan şəhərində həyatın qaynadığı bir hissə var. Lakin sən demə, bu sözlər yalnız kazinolara striptiz klublara aid imiş. Aeroporta gedən, "Yerevanın Las-Veqası" deyilən yolun hər iki tərəfində bir-birindən qəşəng kazinolar diqqəti cəlb edir.

Fotoşəkillərin müəllifinin fikrincə, müasir arxitektura baxımından ən qəşəng bina keçən əsrin 80-ci illərində tikilmiş, indi baxımsız qalmış idman kompleksidir.

Sergey Qrişkeviç Yerevanda ictimai nəqliyyat haqqında təəssüratlarını bölüşərək yazır: "Yerevanda normal avtobus yoxdur. Şəhərdə əsasən "Qazel" avtomobillərindən istifadə edilir ki, onların da sərnişinləri minəndən düşənə qədər bellərini bükməli olurlar. Yerevan nəqliyyat donanmasında 0 (sıfır) nömrəli (?!) marşrut olması faktı isə əsl ekzotikadır.

Müəllifin bu kədərli foto-hesabatını tamamlayan iki element Yerevanın müasir simasını daha dəqiq əks etdirir. Bunlardan biri taksi sürücüsünün sözləri, ikincisi isə avtovağzalın fotoşəklidir.

Müəllif yazır: "Biz Yerevandan qayıdanda səhər saat səkkiz idi. Küçələrdə boş avtobuslar dayanmışdı. Maşınlar adamlar gözə dəymirdi. Taksi sürücüsündən soruşduq: "Adamlar haradadır, küçədə üçün belə boşluqdur?" Sürücü belə cavab verdi: "Adamlar haraya gedəcəklər, yoxdur. Yerevanda sakinlər gec yatır, gec yuxudan dururlar".

Avtovağzal binası. Buradakı baxımsız qalmış zalları görəndə fikirləşirsən ki, yəqin bu binanı nəsli kəsilmiş yadplanetlilər tikiblər. "Prometey" filmi yada düşür".

Onu da deyək ki, ermənilər S.Qrişkeviçdən həmin reportajın dərc olunmamasını xahiş etmişdilər, lakin onların səyləri puç olmuşdur.

 

Azərbaycan.-2013.- 12 iyul.- S.5.