Oruc tutarkən nələrə diqqət etməli

 

Dinimizin tələbi ilə hər il olduğu kimi, bu il də müsəlmanlar oruc tuturlar. Ay və günəş təqvimləri arasındakı 10 günlük fərq səbəbindən Ramazan ilin bütün fəsillərindən keçir. Günəş təqvimi və fəsil mövqeyi baxımından eyni günün təkrarı hər 33 ildən bir mümkündür. Bir necə ildir ki, orucluq istiuzun günlü yay aylarına təsadüf edir. 2-4 il sonra isə orucluq ilin ən uzun günlərini əhatə edəcək. Uzun müddət, üstəlik, isti yay dövründə oruc tutmaq heçasan deyil.

Bu Ramazanda gün ərzində orucluq dövrü 16 saatadək uzanacaq.  Temperaturun və rütubətin yüksək olduğu mövsümi şərtlər altında 15-16 saat ac-susuz qalmaq həm iradə, həm də müəyyən fiziki sağlamlıq tələb edir. Odur ki, ən adi xəstəlik keçirən insanlar belə, oruc tutmaq haqqında qərar verməzdən öncə həkimlərlə məsləhətləşməli, öz fiziki imkanlarını düzgün qiymətləndirməlidirlər. Mədə-bağırsaq, həzm sistemi, daxili orqanlar, ürək-damar və digər xəstəliklərdən müalicə alanlarya fizioloji reabilitasiya dövrü keçirənlər bu dəfə müvəqqəti olaraq oruc tutmaqdan imtina etməlidirlər. Dinimizin tələbi də belədir. İslam oruc tutmaqla insanı özünü fəda etməyə deyil, fiziki, əqli və ruhi kamilliyə təşviq edir.

Oruc tutmaq niyyətində olan şəxslər isə qeyd etdiyimiz mövsümi şərtləri nəzərə almaqla iftarsahur süfrələri açmalıdırlar. Uzun müddət orqanizmi  enerji, eləcə də maye ilə təmin edəcək qida məhsullarına üstünlük verilməlidir. Mütəxəssislərin tövsiyəsinə görə, iftar zamanı maye qəbulu və vitaminlərlə zəngin yüngül qəlyanaltıdan sonra 20-40 dəqiqə fasilə verilməli, əsas isti yeməklərə müəyyən müddətdən bir keçilməli, orqanizm kimyəvi tərkibi kəskin fərqli maddələrlə yüklənməməlidir. Bu, həzm prosesini ağırlaşdırmış və bədənin maye sərfiyyatını artırmış olacaq. Sahura - sübhə doğru, oruc qabağı, imsaka qədər  açılan süfrəyə oturmaq məsləhət görülür. Bu zaman orqanizm üçün zəruri olan bütün elementlərlə zəngin soyutma yumurtaya, protein tərkibli qidalara, həmçinin qozbadama üstünlük verilməlidir. Çay əvəzinə uzun müddət toxluq hissini saxlayanmaye itkisini azaldan ayran içilməsi mütəxəssis tövsiyələri sırasındadır.

Bununla belə, yemək rasionu, həmçinin  miqdarı müəyyənləşdirilərkən  fərdi  xüsusiyyət və tələblər də nəzərə alınmalıdır. Xüsusilə, açıq havada, günəş altında işləyən şəxslər iftarsahur qida menyusunu düşünülmüş prinsiplər əsasında qurmalıdırlar, yoxsa kortəbii qidalanma əks effekt verə bilər. Çətin şəraitdə orucu rahat keçirmək üçün əsas olan bol yemək deyil, düzgün qidalanmaqdır. Həkimlər isti hava şəraitində uzun sürəcək oruc müddətində qanda şəkərin miqdarının aşağı düşəcəyini bildirirlər. Bu səbəbdən iftarın təbii meyvə şirələri ilə açılması, sahurda isə südya ayran içilməsi tövsiyə olunur. Birinci halda qanda şəkərin miqdarı tənzimlənməklə bərabər, orqanizmdə enerji tarazlığı qısa zamanda bərpa edilir. Beləliklə, kəskin aclıq hissi səngiyir, oruc tutan şəxs rahat şəkildə, mədəni birdən-birə yükləmədən qidalanma imkanı əldə edir. Südayran içilməsi isə artıq qeyd etdiyimiz kimi dözümlüyü artırır, başlıcası isə maye ehtiyatının saxlanmasına xidmət edir.

Orucluq sınaq, fiziki təmizlənmə, ruhi paklaşma, nizamlanma fürsətidir. Məqsəd orqanizmi dözümlülük üzrə test etmək deyil, bu bioloji varlığın daxilindəki idarəedicinin iradəsini, nəfsinə hökm etmək, maddi tələb və istəklərini cilovlaya bilmək bacarığını yoxlamaq, tənzimləməkdir. İldə bir dəfə  sınanan iradə və nəfs təkcə müəyyən zaman kəsimində mədəyə qida məhdudiyyəti qoymaqdan ibarət olmamalıdır. İnsanlar həm də həyatlarının bütün sahələrində - evdə, ailədə, işdə, cəmiyyətdə, hətta özləri ilə təklikdə qalarkən ənənəvi forma almış münasibətlər və düşüncə tərzlərinə, adətlərinə, vərdişlərinə, hərəkətlərinə, danışıqlarına yenidən baxmalı, bir növ daxili təftiş aparıb şəxsi qüsurlarını aşkar etməyə çalışmalıdırlar. Bundan sonra da onlardan imtina etməyə səy göstərilməli, naqisliklərin orucu tutulmalıdır. Ən azı buna cəhd göstərilməlidir. Ola bilər ki, başqalarının haqqını tapdayan bir kəs bir ay boyunca belə əməllərinə veto qoymağı bacarsa, daha sonra ona bu yeni tərz daha xoş gələr.

 

 

 

Elxan QƏNBƏRLİ,

Azərbaycan.-2013.- 12 iyul.- S.7.