Monteneqronun Prezidenti
zati-aliləri cənab Filip Vuyanoviçə
Hörmətli
cənab Prezident!
Monteneqronun
milli bayramı münasibətilə Sizi və bütün
xalqınızı Azərbaycan xalqı adından və şəxsən
öz adımdan ürəkdən təbrik edirəm.
Bu gün
Azərbaycan-Monteneqro əlaqələri dinamik inkişaf
yolundadır. Yüksək səviyyədə
qarşılıqlı səfərlərimiz və ölkələrimiz
arasındakı əməkdaşlığa dair imzalanan sənədlər
bu inkişafa güclü təkan vermişdir.
İnanıram
ki, dövlətlərarası münasibətlərimizin
bütün sahələrdə dərinləşməsi və
əməkdaşlığımızın əhatə dairəsinin
genişlənməsi üçün səylərimizi bundan
sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Monteneqro xalqına isə
daim sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 1 iyul 2013-cü il
Azərbaycan.-2013.- 13 iyul.- S.1.