Sarayevo şəhərinin mərkəzi
meydanında «Xocalıdan
Srebrenitsaya» adlı foto və
rəsm sərgisi açılmışdır
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində "Xocalıya Ədalət" Kampaniyasının təşəbbüsü ilə təşkil edilən "Xocalıdan Srebrenitsaya: Soyqırımı və etnik təmizləmənin qarşısının alınması" adlı beynəlxalq simpoziumun nəticəsi olaraq Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında "Xocalıdan Srebrenitsaya" adlı foto və rəsm sərgisi açılmışdır.
Tədbirin təşkilatçısı olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə təşkil edilən sərginin açılışında komitənin sədri E.İskəndərov, bu ölkədəki diplomatik korpusun əməkdaşları, Xocalıya Ədalət Kampaniyasının Avropadakı nümayəndələri iştirak etmişlər. Sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını əks etdirən rəsm əsərləri, həmçinin Xocalıda çəkilmiş fotoşəkillər nümayiş etdirilir. Sərgi bir həftə davam edəcəkdir.
Verilən
məlumata görə, sərgi ilə yanaşı iyulun 11-də
- Srebrenitsa soyqrımını anım günündə
Bosniyanın ən iri ticarət mərkəzi "Sarayevo
Mall"un fasadında quraşdırılmış monitorda
gün boyu Xocalı və Srebrenitsa soyqırımıları
zamanı dinc əhalinin itkilərini
əks etdirən rəqəmlər nümayiş etdirilmişdir.
Sərgi və pano Srebrenitsa
soyqırımı qurbanlarının anım mərasimində
iştirak üçün
Sarayevoya gələn çoxsaylı
nümayəndə heyətlərinin, şəhər sakinlərinin
və turistlərin marağına səbəb olmuşdur.
Azərbaycan.-2013.- 13 iyul.- S.5.