Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Fransua Ollanda
Hörmətli cənab Prezident!
Fransa Respublikasının milli bayramı münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik
edirəm.
Mən Azərbaycan-Fransa
münasibətlərinə böyük əhəmiyyət
verirəm. Yüksək səviyyəli siyasi
təmaslarımız, qarşılıqlı
faydalı iqtisadi əməkdaşlığımız, davamlı mədəni əlaqələrimiz ölkələrimizin
və xalqlarımızın
dostluğunu nümayiş
etdirən mühüm
amillərdir.
Regionumuzda sülhün və sabitliyin bərqərar olması prosesində Fransanın mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz xalqımızın
ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında
sülh yolu ilə ədalətli həlli üçün
ATƏT-in Minsk qrupunun həmsədri
kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə
böyük ümidlər
bəsləyirik.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Fransa xalqına isə daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul 2013-cü il
Azərbaycan.-2013.- 14 iyul.- S.1.