Azərbaycan və Türkiyə
arasında birgə hərbi təlimlərin
keçirilməsini
nəzərdə tutan sənəd təsdiqlənmişdir
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül "Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında təlimlərin icrasına və ev sahibi ölkənin dəstəyinə dair Anlaşma Memorandumu"nu təsdiq etmişdir.
AzərTAc Türkiyənin "Rəsmi qəzeti"inə istinadla xəbər verir ki, sənəd iki ölkə arasında hərbi təlimlərin keçirilməsi, təlimlərə ev sahibliyi edən ölkə və şəxsi heyət göndərən ölkənin vəzifələrini, tərəflərin üzərinə düşən öhdəlikləri əhatə edir.
Memorandumu
cari il iyunun 4-də Azərbaycan tərəfdən müdafiə
nazirinin müavini, general-leytenant Çingiz Məmmədov,
Türkiyə tərəfdən isə Quru Qoşunları
Komandanlığının təlim şöbəsinin
müdiri, polkovnik Cumhur Erentürk imzalamışlar.
Azərbaycan.-2013.- 14 iyul.- S.1.