Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Dərman vasitələrinin dövlət
qeydiyyatına alınması və
reyestrinin aparılması
Qaydaları"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 178 Bakı şəhəri,
12 iyul 2013-ci il
"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 578-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 2842 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 735) ilə təsdiq
edilmiş "Dərman vasitələrinin dövlət
qeydiyyatına alınması və reyestrinin aparılması
Qaydaları"nın 1.3-cü bəndinə "və
onların" sözlərindən sonra "üzərinə
nəzarət markası yapışdırıldıqdan
sonra" sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 14 iyul.- S.3.