Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 177                   Bakı şəhəri, 12 iyul 2013-ci il

 

 

 

 "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 598-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 2846 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 1, maddə 41; 2010, ¹ 4, maddə 359; 2012, ¹ 12, maddə 1385) ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının diplomatik nümayəndə-likləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları"nın cədvəlinin 3-cü sırasından ", daimi nümayəndənin müavini" sözləri çıxarılsın və cədvələ aşağıdakı məzmunda 2-1-ci sıra əlavə edilsin:

2-1. Səfir müavini, daimi nümayəndənin müavini 80

 

 Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 14 iyul.- S.3.