İqtisadi inkişaf naziri Xaçmazda vətəndaşları qəbul etmişdir

 

İqtisadi inkişaf naziri Şahin Mustafayev iyunun 13-də Xaçmazda vətəndaşları qəbul etmişdir. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

AzərTAc xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri, şikayət və təklifləri nazir Ş.Mustafayev tərəfindən dinlənilmiş, hər bir müraciətdə qaldırılan məsələlərin operativ həlli üçün nazirliyin qəbulda iştirak edən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Bəzi məsələlər yerindəcə həllini tapmış, qalanları isə araşdırmaya götürülmüşdür. Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Səslənən müraciətlər daha çox sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sahibkarların hüquqlarının müdafiəsi, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.

 

Azərbaycan.-2013.- 14 iyul.- S.3.