Səhiyyə naziri Qusarda vətəndaşları qəbul etmişdir

 

İyulun 13-də səhiyyə naziri Oqtay Şirəliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonundan olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir çoxu yerindəcə həllini tapmış, digərlərinin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir. Nazir Oqtay Şirəliyev tibbi yardıma, müalicəyə, müayinəyə ehtiyacı olan sakinlərin müvafiq səhiyyə ocaqlarına istiqamətləndirilməsi üçün müvafiq göstərişlər vermişdir.

Səhiyyə naziri ilə görüşə şimal regionunda yaşayan 200-dən çox insan qatılmışdır.

 

Azərbaycan.-2013.- 14 iyul.- S.4.