Qədim Şəkinin xalq sənətkarları

 

Şəkinin xalq sənətini yaşadan ustalarının emalatxanalarına, köşk və dükanlarına yolun düşəndə sanki "sehrli xalat" geyinib tarixə səyahətə çıxırsan. Bu insanlar əhaliyə gərəkli və pərakəndə satışda olmayan məhsullar təklif edirlər. Bununla yanaşı, onlar həm də xalqımızın adət-ənənəsi, etnoqrafiyası, maddi-mənəvi dəyərləri barədə özünəməxsus bir hekayət  söyləyirlər.

Xalq sənətkarlarının əsərlərinə Şəkinin müxtəlif guşələrində rast gəlmək olar. Gildən küp, sugül qabları düzəldib satan kim, cürbəcür corablar, çantalar, kiçik suvener xalçaları toxuyub alıcıya təklif edən kim...

Milliliyin vurğunu olanlar qızlarına toy edərkən buradan ona cehizlik sandıq, klassik üslubda bəzədilmiş gəlincik də ala bilərlər. Xalq sənətkarlarının düzəltdikləri Azərbaycan xalq çalğı alətləri, tikdikləri çoxçeşidli papaqlar da Şəkinin sakinlərinin və qonaqlarının diqqətini həmişə cəlb edir.

 

Azərbaycan.-2013.- 14 iyul.- S.12.