Kəmaləddin Heydərov yenidən Dünya
Taekvondo Federasiyasının vitse-prezidenti
seçilmişdir
Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov yenidən Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti seçilmişdir.
AzərTAc xəbər verir ki, iyulun 14-də Meksikanın Puebla şəhərində Dünya Taekvondo Federasiyasının 24-cü Baş Assambleyası keçirilmişdir. Toplantıda Federasiyanın növbəti müddət üçün rəhbərliyi və İdarə Heyəti də müəyyənləşmişdir. ATF-nin prezidenti Kəmaləddin Heydərov növbəti dəfə DTF-nin vitse-prezidenti seçilmişdir.
Qurumun prezidenti Çunq Von Ço, digər iki vitse-prezident isə Misir nümayəndəsi Əhməd Foli və İtaliyanı təmsil edən Sun Caepark olmuşdur. Qurumun İdarə Heyətinə 14 nəfər üzv seçilmişdir.
Qeyd edək
ki, Kəmaləddin Heydərov bundan əvvəlki iki dönəmdə
də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti
olmuşdu.
Azərbaycan.-2013.- 16 iyul.- S.7.