Tam elektronlaşmaya
doğru
Binəqədidə
həyata keçirilən layihələr və gələcək
planlar dövlət-vətəndaş
münasibətlərinin keyfiyyətcə yeni
müstəvidə inkişafına xidmət edir
Bu gün Bakının Binəqədi rayonunda müşahidə olunan böyük canlanma, inkişaf və tərəqqi ilk növbədə sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi Azərbycan Prezidentinin çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub. İlk növbədə rayonun illik inkişaf planı hazırlanaraq təsdiq edilib, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb. Real sosial-iqtisadi inkişaf isə quru fakt və rəqəmlərdə deyil, hər bir sakinin gündəlik həyatında, məişətində, maddi rifah halında əksini tapır.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Rayon, demək olar ki, inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Son bir ildə həyata keçirilən çoxsaylı layihələr görülən işlərin davamlı və sistemli olacağından xəbər verir. Bütün bunlar görüntüyə hesablanmış kosmetik dəyişikliklər deyil, əsaslı yenidənqurma məramını təcəssüm etdirir. Rayon sakinlərinin razılığına səbəb olan quruculuq tədbirləri təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbələrdə də qabarıq hiss olunur.
Bakının Şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması, burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması rayonun yeni rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilib və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Ölkənin şimal və şimal-qərb bölgələrindən paytaxta gələn qonaqlarda şəhər haqqında ilk təəssürat yaradan Biləcəri qəsəbəsi simasını özü üçün ənənəvi olmayan bir şəkildə dəyişib. Bakı - Sumqayıt istiqamətində gedib-gələn insanlar Biləcəridəki tikinti-quruculuq və bərpa işlərinin bu gün də davam edən sürətini məmnunluqla qəbul edirlər.
2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam 2013-cü ilin başlanğıcında bu ilin perspektivliyinə doğru atılan ən böyük addım olub desək, yanılmarıq. Həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılır. Binəqədi Rayon İcra Hakimiyyəti də bu istiqamətdə böyük işlər həyata keçirib. Öncə 6 fevral 2013-cü il tarixdən etibarən "Sakinlərin Müraciət Xidməti-1646" rayonda yaşayanların istifadəsinə verilib. "Sakinlərin Müraciət Xidməti"nin yaradılmasının məqsədi vətəndaşlara göstərilən xidmətlərin yüksəldilməsi, qarşılaşdıqları problemlərin həllinə operativ münasibət bəsləyərək onların etimadının qazanılması və dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmətdir. 11 fevral 2013-cü il tarixdən isə Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən yararlanmağa başlayıblar. Rayonun sakinləri 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilirlər.
3 iyul 2013-cü il tarixdə isə Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olarkən görülən işləri müsbət qiymətləndirib.
Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin binasında yenidənqurmadan sonra yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Bundan başqa, müasir memarlıq üslubunda yenidən qurulan bina həm də bu ərazinin görkəminə xüsusi gözəllik verir.
Öncə dövlət
başçısı inzibati binada sakinlərin müraciəti üçün yaradılmış "1646"
xidməti ilə də tanış olub. Bildirilib ki, sakinlər icra hakimiyyətinə gəlmədən
müraciətlərini daha çevik və operativ
şəkildə telefonla çatdıra
və məlumat ala bilərlər. "1646" xidməti
bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan müraciətlər icra hakimiyyətinin vəzifə
və səlahiyyətlərinə
aid müraciətlər qanunvericilik
bazası üzrə
"Sual-cavab" blokuna
əsasən cavablandırılır.
Yaradılan şərait rayon icra hakimiyyətində
"elektron hökumət"in
bir çox elementlərinin reallaşdırılmasına
imkan verib. İnzibati binada həmçinin elektron kargüzarlıq, sakinlərlə və yerli icra nümayəndəlikləri
ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi,
elektron köşklər
və digər texniki vasitələr quraşdırılıb. Bütün bunlar Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşlarının səmərəli
fəaliyyət göstərməsi
və sakinlərin rahatlığının təmin
olunması məqsədilə
yaradılıb.
Bunlarla yanaşı,
vətəndaşlara elektron
xidmətlərin göstərilməsi,
idarəetmədə informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
sahələrində də
strateji layihələr
həyata keçirilib. Artıq rayon icra hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bu sistemin geniş imkanları sayəsində
real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu,
onların yoxlanılması,
çatışmazlıqların aşkar edilməsi və qiymətləndirilməsi
həyata keçirilir.
Yeni sistemdə dörd - kargüzarlıq,
kadr, ev
təsərrüfatları və sosial-iqtisadi təhlil altsistemləri fəaliyyət göstərir.
Rayon icra hakimiyyətində
onlayn videoqəbul da yaradılmışdır.
Sakinlər binaya gəlmədən qəsəbə
icra nümayəndəliklərinə
müraciət edərək
onları maraqlandıran
məsələlərlə bağlı rayon icra hakimiyyətinin başçısı
və digər məsul şəxslərlə
birbaşa videoəlaqə
yarada biləcəklər.
Yeni yaradılmış Elektron
xəritə ilə də tanış olan dövlət başçısına bildirilib
ki, qısa müddət ərzində
Binəqədi rayonunun
bütün ərazisi
üzrə Coğrafi
İnformasiya Sistemlərinə
əsaslanan vahid elektron xəritə məlumat bazası yaradılıb və operativ idarəetmə mərkəzində quraşdırılaraq
rayon təsərrüfatının idarə edilməsində
ən yeni texnoloji vasitə olaraq tətbiq edilməyə başlanıb.
Rayon, qəsəbə, bələdiyyə, mənzil
istismar sahələri,
mikrorayonların sərhədləri
və əraziləri
dəqiqləşdirilərək xəritələndirilib. Bununla yanaşı,
ərazidə mövcud
olan bütün torpaq sahələri, tikililər, sosial obyektlər, nəqliyyat infrastrukturu, mühəndis
təminatı kommunikasiyaları,
yaşıllıq ərazilər,
parklar, abidələr
və digər ictimai-sosial obyektlər haqqında mükəmməl
xəritə məlumat
bazası yaradılıb.
Elektron xəritənin köməyi
ilə planlama aparılır və həyata keçirilən
işlər haqqında
operativ məlumatlar əldə edilir. Ərazidə yaranan problemlər,
qəzalar haqqında operativ idarəetmə mərkəzinə onlayn rejimdə məlumatlar ötürülür, sosial
məsələlərin analizləri
həyata keçirilir.
Ərazilərdən tullantıların daşınmasına operativ
nəzarət həyata
keçirlir. Belə ki,
tullantı daşıyan
avtomobillərə xüsusi
izləmə cihazları
quraşdırılmış və elektron xəritə üzərində
onlayn rejimdə onların hərəkətləri
izlənilir.
Dövlət başçısına rayonda görülmüş ən son işlərlə bağlı məlumat verən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, ötən dövr ərzində rayon ərazisində 6 yeni park salınıb, ikisi əsaslı təmir edilib, 24 yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilib. Rayonda 166 kilometr yol asfaltlanıb, 127 min kvadratmetrlik fasad işləri görülüb. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın yeni ağac, 120 minə yaxın çiçək və bəzək kolu əkilib, 76 min kvadratmetr çəmənlik salınıb. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənib, işıqlandırılıb, Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulub, Binəqədi rayonunda daxili və qəsəbələrarası yollar genişləndirilib.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi RİH də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Binəqədi rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edərək, bu gün daha da müasirləşib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon icra hakimiyyəti başçısı aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 17 iyul.- S.4.