Uğurlu hüquqi islahatlar beynəlxalq standartlar əsasında həyata keçirilir

 

Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarını rəhbər tutaraq həyata keçirdiyi hüquqi islahatlar nəinki daxili siyasətin, eyni zamanda, xarici siyasətin də inkişaf etdirilməsinə gətirib çıxarmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanbu gün uğurla davam etdirilən inkişaf strategiyası, bütün sahələrdə yeni-yeni nailiyyətlərin əldə edilməsi Azərbaycan Respublikasının hüquqi dövlətdən sosial dövlətə keçidinin ən son mərhələsini yaşadığını bir daha sübut edir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və uğurlu siyasəti ilə ağır sınaqlardan çıxan Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Ölkənin gücü təkcə iqtisadi artımla ölçülmür. Ölkənin gücü insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından, məhkəmələrin azad olmasından asılıdır. Demokratik proseslər Azərbaycanda çox uğurla gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, bütün başqa azadlıqlar mövcuddur. Azərbaycanda açıq cəmiyyət, vətəndaş cəmiyyəti formalaşır, insanlar azaddır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bu amillərin sintezindədir. Bir də demək istəyirəm ki, islahatlar davam etməlidir. İslahatlar Azərbaycan xalqına böyük uğurlar gətiribdir və ölkəmizin gələcək inkişafında nə lazımdırsa, o da ediləcəkdir".

Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq ön sırada gedir. Azərbaycan Respublikası insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilələrin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, UNESCO, Beynəlxalq Əmək Təşkilatı, MDB, GUAM, İslam Konfransı Təşkilatı və s.) üzvüdür. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Beynəlxalq Əmək Təşkilatının 60-dan çox konvensiyasına qoşulan dövlətimiz həmin təşkilatın ən mühüm tərəfdaşlarından hesab edilir.

Hüquqi islahatlar içərisində mühüm yer insan hüquqlarının təminatına məxsusdur. İnsan hüquqlarının təminatı və qorunması sahəsində müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət hazırda davam etdirilir. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın ikinci mühüm bölməsi insanların hüquq, azadlıq və vəzifələrinə həsr edilmişdir.

Sosial hüquqların təminatı üzrə mühüm beynəlxalq  müqavilələrin, o cümlədən Avropa Şurası çərçivəsində qəbul edilmiş Avropa Sosial Xartiyası kimi nüfuzlu beynəlxalq müqavilənin iştirakçısı olaraq bu normanın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilməsi dövlətimizin demokratik imicini bir daha sübut edir.   Həmin məsələlər Konstitusiyanın 15-ci maddəsinə edilən düzəlişlərlə dövlətimizin iqtisadiyyatının sosial yönümlü istiqaməti ilə bir daha tamamlanır. Konstitusiyaya edilən digər əlavə və dəyişikliklər isə bilavasitə insan hüquqlarının təminatında daha mühüm əhəmiyyətə əsaslanır. Təkcə bir maddənin üzərində dayanmaqla bu məsələnin mahiyyətini tam başa düşmək olar. Belə ki, 29-cu maddədə  mülkiyyət hüququnun təmin edilməsində ictimai maraqlar naminə özgəninkiləşdirmənin aradan qaldırılması bu hüququn təminatında beynəlxalq standartları belə qabaqlayır.

Ümummilli lider Heydər Əliyev tərəfindən insan hüquqları sahəsində imzalanmış bir sıra sənədlərlə (22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998- ci il  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və s.) bu siyasəti yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Sənəddə qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi mühüm vəzifələr müəyyən edilir. 5 hissə və 48 bənddən ibarət olan Milli Fəaliyyət Planı qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından daha da yenidən qurulması, insan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə birləşdirir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında 27 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı isə bu istiqamətdə insan hüquqlarının təminatında daha bir mühüm addım hesab edilməlidir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiqini tapır.

Dövlət başçısı İlham Əliyevnın 17 iyun 2007-ci il tarixli fərmanı ilə isə 18 iyun tarixinin - "İnsan Hüquqları Günü" elan olunması ölkəmizdə insan amilinə həssas münasibətin bariz təcəssümüdür. Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edironlara müvafiq dövri hesabatlar verir. İrəli sürülən tövsiyələr də daim Azərbaycan Respublikası tərəfindən qanunvericiliyimizin daha da təkmilləşdirilməsində istifadə olunur.

Ümummilli lider Heydər Əliyevin siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin ən əsas istiqamətlərindən biriAvropa standartlarının Azərbaycan qanunvericiliyinə gətirilməsidir. Avropa Şurası nüfuzlu beynəlxalq təşkilatdır və onun dünya proseslərinə təsir imkanları çox böyükdür. Avropanın aparıcı dövlətləri bunu yaxşı bildiklərindən təşkilatdan səmərəli idarə etməyə çox həssaslıqla yanaşırlar. Buna görə də onun rəhbər orqanlarına kimlərin və hansı dövlət nümayəndələrinin seçilməsi böyük əhəmiyyət kəsb edir. Bu mənada, cənab İlham Əliyevin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olduğu 2001-2003-cü illərdə respublikamız milli maraq və mənafeyini maksimum səviyyədə təmin etmişdir. Qısa müddətdə cənab İlham Əliyev özünü müasir dünya problemlərini bilən, onların həllinə dair realkonkret təkliflər verən strateq kimi tanıtmışdır. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının sessiyalarında ləyaqətlə təmsil olunmuş, İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Parlament Assambleyası sessiyalarının iclaslarında fəallığı və işgüzarlığı ilə xarici ölkə təmsilçilərinin diqqətini cəlb etmişdir. Bu etimadın yüksək nəticəsi olaraq 2003-cü il yanvar ayının 27-də cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavinibüro üzvü seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardandır. Bunun daha bir təzahürü isə dövlət başçısının Avropa Şurası Parlament Assambleyasında 2004-cü ilin aprelində artıq Azərbaycan Prezidenti kimi iştirakı zamanı onun bu təşkilatın ali mükafatına - Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomuna və medalına layiq görülməsi olmuşdur.

Azərbaycanın Avropa Şurası çərçivəsində əsas məqsədlərindən biri də erməni faşizminin əsl mahiyyətini dünyaya açıb göstərməkdir. Ötən illərdə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında ölkə həqiqətlərini təcəssüm etdirən 100-dək sənədin hazırlanmasına və qəbuluna nail olmuşdur. Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Ermənistanın təcavüzkar dövlət kimi tanınması da bunun əyani sübutudur. Təşkilatın 1416 saylı yeni qətnaməsi  Ermənistanın işğalçılıq siyasətinə ciddi zərbə vurmuşdur. Qətnamədə deyilir: "Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddət keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər".

Ölkəmiz Avropa Şurası çərçivəsində qəbul edilmiş mühüm beynəlxalq müqavilələrə qoşulmuşdur. Qeyd etmək lazımdır ki, Yenidən baxılmış Avropa Sosial Xartiyası 2001-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası adından imzalanmışdır. Azərbaycan Respublikası milli azlıqların hüquqlarının müdafiəsinin təminatı üçün Avropa Şurası çərçivəsində mövcud müvafiq konvensiyalara (məsələn, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Regional dillər və ya azlıqların dilləri haqqında 1992-ci il Avropa Xartiyası və s.) qoşulmuşmühüm dövlətdaxili tədbirlər həyata keçirmişdir. Azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının daha real təminatı istiqamətində dövlətimiz digər mühüm beynəlxalq konvensiyalara da qoşulmuşdur. Bu sahədə mühüm sənəd kimi Cinayət İşləri üzrə Qarşılıqlı Hüquqi Yardım haqqında 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyası və ona 17 mart 1978-ci il tarixli Əlavə protokolu qeyd edilə bilər. Azərbaycan Respublikası özünün 1 mart 2003-cü il tarixli qanunu ilə hər iki beynəlxalq sənədə imza atmışdır. Mühüm beynəlxalq sənədlər sırasında cinayətkarların verilməsi haqqında 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyası və ona 2 Əlavə protokol da mühüm yer tutur. Azərbaycan Respublikası özünün 17 may 2002-ci il tarixli qanunu ilə hər üç beynəlxalq sənədə qoşulmuşdur. Bu sahədə digər mühüm sənəd məhkum olunmuş şəxslərin verilməsi haqqında 21 mart 1983-cü il tarixli Avropa Konvensiyasıdır. Ölkəmiz 12 dekabr 2000-ci il tarixli qanunu ilə bu konvensiyaya  da qoşulmuşdur. Bu sahədə mühüm beynəlxalq sənəd kimi çıxış edən Avropa Penitensiar Qaydaları,  Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində qəbul edilmiş bir sıra tövsiyələr də xüsusi qeyd edilməlidir ki, bunlar da Azərbaycan Respublikası qanunvericiliyində geniş tətbiqini tapmışdır.

Bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımlar da xüsusi qeyd edilməlidir. Belə ki, dünya təcrübəsində analoqu olmayan bir haldır ki, ölkəmizdə  qısa müddətdə 10 amnistiya və 54 əfv fərmanı ilə minlərlə şəxs cəzadan azad olunmuşdur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə 7 may 2013-cü il tarixdə qəbul edilmiş amnistiya aktı 9 mindən çox şəxsə şamil olunmuşdur.

Avropa Şurasının hüquq müdafiə sisteminin əsasını insan hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq mexanizmlərin ən səmərəlisi olan Avropa İnsan Hüquqları Məhkəməsi təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanının 6-cı bəndində Ali Məhkəməyə və Apelyasiya Məhkəməsinə tövsiyə edilmişdir ki, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Daha sonra "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamının 5-ci bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir ki,  insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Beləliklə, bütövlükdə insan hüquqları sahəsində mühüm beynəlxalq normalaraAvropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad edilməsi Azərbaycan Respublikası qanunvericiliyinin insan hüquqları sahəsində beynəlxalq hüquqi standartlara, Avropa İnsan Hüquqları Məhkəməsinin ideologiyasına uyğunlaşdırılmasına gətirib çıxaracaqdır.

Ulu öndər Heydər Əliyevin xarici siyasətdə müəyyənləşdirdiyi strateji siyasi xətti son 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev BMT-də fəal aparılmasını, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun, hərtərəfli şəkildə çatdırılmasını xarici siyasət idarəsinin qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Təşkilatın fəaliyyətini qeyri-qənaətbəxş qiymətləndirən cənab İlham Əliyev BMT Baş Assambleyasın illik toplantılarındakı çıxışlarında təəssüflə bəyan etmişdir ki, beynəlxalq miqyasda sülhüsabitliyi, dövlətlərin ərazi bütövlüyünü, suverenliyini təmin etməli olan bu təşkilat son onilliklərdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələ bilmir. Bunu konkret olaraq Ermənistanın işğalçı siyasəti ilə bağlı qəbul edilmiş 4 qətnamənin hələ də kağız üzərində qalması faktı bir daha təsdiqləyir. BMT-nin qəbul etdiyi qətnamələrin icrasında ikili standartların mövcudluğu təşkilata üzv dövlətlərin böyük əksəriyyətində, o cümlədən də Azərbaycanda haqlı narazılıq doğurur. Cənab İlham Əliyev həmçinin vurğulamışdır ki, BMT-nin yenidən strukturlaşması, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin edilməsi obyektiv zərurət kimi meydana çıxmışdır.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf, demokratikləşmə proseslərində BMT-nin vacib rol oynadığını da qəbul edir. Bundan başqa, rəsmi Bakı xüsusən də, 2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra təşkilatın terrorizmə qarşı mübarizəsinə fəal dəstək vermişdir. Azərbaycan Respublikası terrorizmlə mübarizə sahəsində BMT-nin 11 beynəlxalq-hüquqi sənədinə - "Hava nəqliyyatının qanunsuz zəbtinə qarşı mübarizə haqqında", "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında", "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında", "Girovların götürülməsi ilə mübarizə haqqında", "Bomba terrorizmi ilə mübarizə haqqında" beynəlxalq konvensiyalara və digər sənədlərə qoşulmuşdur. Eyni zamanda, respublikamız BMT Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir.

Ümumilikdə, son  10 ildə Azərbaycan mütəmadi olaraq Ermənistanın  təcavüzünün acı fəsadları ilə bağlı BMT-də dəfələrlə məsələ qaldırmış və əksərən təcavüzkarın ifşasına nail olmuşdur. Bu baxımdan BMT Baş Assambleyasının 2007-ci ilin noyabrında Azərbaycanın işğal edilmiş ərazilərində ermənilər tərəfindən törədilən yanğınların səbəblərinin araşdırılması ilə bağlı qərar qəbul etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Qərarın qəbuluna BMT-nin 193 üzvündən 191-i imza atmışdır. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Məclisi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı hesabatı qəbul etmişdir. Həmin sənəddə  Azərbaycan Respublikasının ərazi bütövlüyüsuverenliyi bir daha təsdiqlənmişdir. Sənədin adından da göründüyü kimi, təşkilat işğal altındakı torpaqları məhz Azərbaycan ərazisi kimi təqdim edir. Bu, eyni zamanda, təşkilatın ənənəvi mövqeyində hansısa dəyişikliyin baş verməməsi anlamına gəlir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən   davam etdirilən danışıqlar prosesi təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar qarşısında bu proses daim təcavüzkar Ermənistan tərəfindən pozulur,  işğalçı dövlət qeyri-konstruktiv beynəlxalq hüquqa heç bir məhəl qoymayaraq bu siyasəti davam etdirir.

2010-cu ildə də ölkəmiz beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın təminatında ən nüfuzlu təşkilat olan BMT ilə əldə etdiyi yüksək əməkdaşlıq münasibətlərinin daha səmərəli irəliləyişi istiqamətində səylərini artırmışdır. Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə aparılması diqqət mərkəzində olmuşdur. Ötən il Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə komitəsinə və BMT-nin Avropa İqtisadi Komissiyası nəzdində Ətraf Mühit və Səhiyyə Nazirləri Şurasına üzv seçilmişdir.

Müstəqil respublikamızın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə Bakı üçün təkcə siyasi məzmun kəsb etmir. Respublikamız bu uğura imza atmaqla, faktiki olaraq təşkilat çərçivəsində mühüm qərarların qəbulu prosesində əsas dövlətlərdən birinə, həlledici söz sahibinə çevrilmişdir. O da təsadüfi deyil ki, qazanılan tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən dövlət başçısı İlham Əliyev demişdir: "Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir. Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir".

Bu günlərdə dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilməsi bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir. Bu barədə qərar iyulun 6-da Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər ForumuMalayziya Beynəlxalq İslam Universitetinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin sammitinin bağlanış mərasimində elan edilmişdir. "İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri islam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilmişdir.

 

 

 

Əmir ƏLİYEV,

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı,

hüquq elmləri doktoru, professor

Azərbaycan.-2013.- 17 iyul.- S.5.