Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin
xarici işlər naziri Əhməd
Davudoğlunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir.
Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və Ramazan bayramı münasibətilə təbriklərini dövlət başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət
başçısı Türkiyə Prezidenti Abdullah
Gülün və Baş nazir Rəcəb Tayyib
Ərdoğanın salamlarına və Ramazan bayramı
münasibətilə təbriklərinə görə minnətdarlığını
bildirdi, onun da salamlarını və təbriklərini
Türkiyənin Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 18 iyul.- S.1.