Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni

 təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Obişerin etimadnaməsini qəbul etmişdir.

Səfir Paskal Obişer fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Paskal Obişer etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 iyul.- S.1.