Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç!

Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2013-cü il

Azərbaycan.-2013.- 18 iyul.- S.1.