Azərbaycanın Baş
naziri Türkiyənin xarici
işlər naziri ilə görüşmüşdür
İyulun 17-də Azərbaycanın Baş naziri Artur Rasizadə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Baş nazir Artur Rasizadə Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirmişdir. Artur Rasizadə bu səfərin qardaş ölkələrimiz arasındakı münasibətlərin inkişafına xidmət edəcəyini vurğulamışdır.
Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəmizin ev sahibliyi ilə keçirilən mötəbər beynəlxalq tədbirlər, eləcə də qarşılıqlı səfərlər çərçivəsində tez-tez Bakıya səfər etdiyini diqqətə çatdırmışdır.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli və regionda baş verən
digər proseslər ətrafında da fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 18 iyul.- S.1.