YAP İsmayıllı rayon təşkilatının fəalları ilə görüşdə

 Azərbaycanın gələcəyinə böyük inam ifadə edilmişdir

 

İyulun 17-də İsmayıllıda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışmışdır. Qeyd olunmuşdur ki, ötən 10 ildə hər bir şəhər, hər bir yaşayış məntəqəsi abadlaşdırılmışdır. İqtisadiyyat üç dəfə artmış, 1 milyon 200 min yeni yeri açılmışdır. Ölkəmizin iqtisadi yüksəlişi insanların həyatını da başdan-başa dəyişmiş, yaşayış səviyyəsini yüksəltmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr sayəsində Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilmişdir.

İcra katibi vurğulamışdır ki, 10 il əvvəl başlanan sürətli, dinamik inkişaf bu gündavam etməkdədir. Növbəti beş il üçün həyata keçiriləcək inkişaf proqramı, ölkədə hökm sürən sabitlik və əmin-amanlıq Prezident İlham Əliyevin namizədliyini yenidən zəruri edir. Bu reallığı dəyərləndirən Yeni Azərbaycan Partiyası  600 min üzvü adından dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmüşdür. Bu gün nəinki YAP üzvləri, eləcə də Azərbaycanın xoşbəxt gələcəyini düşünən hər bir vətəndaş İlham Əliyevi yenidən prezident görmək istəyir və birmənalı şəkildə onun namizədliyini dəstəkləyir.

Görüşdə YAP rayon təşkilatının fəallarından Həşim Həşimov, Zaur Muradov və başqaları çıxış edərək Prezident İlham Əliyevin timsalında haqqa, ədalətə, yüksəlişə, hər bir ailənin, bütövlükdə xalqın xoşbəxt gələcəyinə hamılıqla səs verəcəklərini bildirmişlər.

 

Azərbaycan.-2013.- 18 iyul.- S.2.