«Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər» kitabı çapdan çıxmışdır

 

"Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər" kitabı çapdan çıxmışdır.

"Qanun" nəşriyyatı"nda nəfis tərtibatla nəşr edilmiş kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən kitab XX əsrin böyük siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin 90 illiyinə ithaf olunmuşdur.

"Ön söz" və altı fəsildən ibarət kitab ümummilli lider Heydər Əliyevin müdrik kəlamları ilə başlanır: "Yeni minillikdə dünya xalqlarının ən böyük istəyi sülh və əmin-amanlıqdır. İnsanlar dağıdıcı müharibələrə, qaçqın-köçkünlüyə qətiyyətlə yox deyir, dinc yaşamaq istəyirlər... Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür".

Topluda Azərbaycanın görkəmli alim, ekspert, analitik və mütəxəssislərinin bəşəriyyəti narahat edən və düşündürən proseslərlə bağlı mövqeləri təqdim edilmişdir.

Kitabda diqqəti cəlb edən məqamlardan biri də gənc tədqiqatçıların aktual məsələlərlə bağlı hərtərəfli araşdırmalarıdır. Bu baxımdan toplunun redaksiya heyətinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin məqalələri diqqəti xüsusilə cəlb edir. Birinci fəsildə gənc tədqiqatçının "Hərbi bazalar - demokratik xarici siyasətin əsas aləti", "Sülh tərəfdarı" silah satıcıları", "Beşinci kolonun" əsas maliyyə dayağı - Soros fondu", "Dünya media monopoliyası və reallıq" məqalələrində müasir beynəlxalq durumda qlobal proseslər və istiqamətlər, beynəlxalq münasibətlərin yeni aktorların məqsədləri məntiqi təhlillər əsasında araşdırılmışdır.

Ərəstü Həbibbəylinin toplunun üçüncü fəslində yer almış "Qlobal iqtisadi böhran və ərəb dünyasında çaxnaşma" sərlövhəli yazısı dünya siyasətinin geoiqtisadi ölçüsünün araşdırılması baxımından dəyərli mənbədir. Gənc alimin "Multikulturalizm: bəşəri ideya, yaxud Qərb dəyərləri" məqaləsi toplunun "Bəşəriyyət yol ayrıcında: multikulturalizm, yoxsa sivilizasiyaların toqquşması" başlıqlı fəslin başlıca ideyasını təşkil edir. Məqalədə multikultural dəyərlərə Qərb və Şərq cəmiyyətlərində fərqli yanaşma, Qərbsayağı multikulturalizmin formalaşma mərhələləri, multikulturalizmin "Amerika", "Avropa" modelləri hərtərəfli araşdırılmışdır. Həmçinin "İslam Qərb multikulturalizminə təhlükədirmi?" sualı ətrafında məntiqi təhlillər aparılmış, Qərbin multikulturalizmin böhranından sonrakı strategiyası, multikulturalizm - həyat tərzi məsələləri tədqiq edilmişdir.

Ümumiyyətlə, kitabda müasir dövrün ən aktual problemlərinin həllinə yanaşmalarda ikili standartlarla bağlı məsələlərə daha çox əhəmiyyət verilir. Eyni zamanda, dünya birliyi qarşısında duran aktual çağırışlara - beynəlxalq təhlükəsizliyi sarsıdan real təhdidlərə (beynəlxalq səhnədə güc metodlarının üstünlük təşkil etməsi, beynəlxalq terrorçu qüvvələrin, mütəşəkkil cinayətkarlığın, separatizmin fəallaşması, sivilizasiyalararası toqquşmalar təhlükəsi, multikulturalizm ideyalarının taleyi) ayrıca yer verilir.

Müasir dövrün aparıcı geosiyasi aktorlarının - ABŞ, Avropa İttifaqı, RusiyaÇinin siyasi proseslərdə iştirakı ilə bağlı materialların təhlili aktuallığını bu gün də saxlayır. Həmin kontekstdə beynəlxalq səhnədə Azərbaycanın həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri ilə münasibətlərinin inkişaf dinamikasının müxtəlif aspektlərinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Azərbaycan neftinin dünya bazarlarına ixracının intensivləşdirilməsi üzrə müxtəlif alternativ layihələrə və milli "neft diplomatiyası"nın real nailiyyətlərinə də böyük yer ayrılır.

"Müasir beynəlxalq durum: qlobal proseslər trendlər. Beynəlxalq münasibətlərin yeni aktorları" mövzusunu  birinci fəsildə qlobal miqyasda geosiyasi mənzərədə müşahidə edilən proseslər istiqamətlər təhlil edilmişdir. Burada hüquqi, siyasi, iqtisadi geosiyasi aspektlərin hər biri əhatə olunmuşdur

Diqqəti xüsusilə cəlb edən məqamlardan biri məqalələrdə cəmiyyətin demokratikləşməsində qeyri-hökumət təşkilatları medianın rolunun araşdırılmasıdır. XXI əsrin geosiyasətində sosial şəbəkələrin gənclərin rolu daha da artır. Bu aspektdə dərc edilən məqalələrdə beynəlxalq münasibətlərin yeni aktorlarının bu günün reallıqları ilə yanaşı, proqnozlaşdırma ilə əlaqəli müstəvidə təqdim edilməsi topluya ayrıca aktuallıq verir.

İkinci fəsil qlobal geosiyasətə böyük təsiri olan Qərb dövlətlərinin liderlik iddialarının təhlilinə həsr edilmiş məqalələrdən ibarətdir "Qərbin seçimi: qlobal liderlik, yaxud hökmranlıq" adlanır. Bu bölmədə problemə iki müstəvidə nəzər salınır: birincisi,  ABŞ Avropa İttifaqının müasir geosiyasətdə oynadıqları rol, onların liderlik modelinin ümumi cəhətlərinin, ikincisi isə həmin güc mərkəzlərinin müstəqilliyini əldə etmiş ölkələr istiqamətində yeritdikləri siyasətdə obyektivlik ədalətliliyin hansı səviyyədə nəzərə alınmasının müəyyənləşdirilməsidir. Bu kontekstdə "ikili standart" siyasətinin mümkün fəsadları nəzərdən keçirilir.

"Dünya siyasətinin geoiqtisadi ölçüsü" adı altında təqdim olunan üçüncü fəsil ideyaca əvvəlkinin davamıdır. Burada yer almış məqalələrdə dünya siyasətinin geoiqtisadi ölçüsü təhlil edilir. Məsələnin bu cür qoyuluşunun aktuallığı müasir dövrdə qlobal maliyyə-iqtisadi böhranın dərinləşməsi ilə izah olunur.

Dördüncü fəsildəki materiallar bütün dünyanı ciddi narahat edən son dərəcə aktual məsələni - "Bəşəriyyət yol ayrıcında: multikulturalizm, yoxsa sivilizasiyaların toqquşması" mövzusunu əhatə edir.  Burada yer alan məqalələrdə sivilizasiyalararası münasibətlər iki - müasir şəraitdə fərqli mədəniyyətlərin birgə mövcudluğunun (multikulturalizmin) təmin edilməsi perspektivləri sivilizasiyalar arasında konfliktlərin yaranma səbəbləri aspektlərində araşdırılır.

"Avrasiya məkanında geosiyasi mənzərə. Böhranlı Yaxın Şərq" adlı beşinci fəsildəki məqalələrdə Avrasiyada inteqrasiya proseslərinin perspektivləri təklif edilən müxtəlif modellərin müqayisəsi geniş yer almışdır.

Sonuncu fəsil "Cənubi Qafqazda vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlanır yerləşdiyimiz regionda gedən geosiyasi proseslərin təhlilinə həsr edilmişdir. Bu bölmədə bölgə üçün böyük əhəmiyyəti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsinə ayrıca diqqət yetirilir. Problemə böyük dövlətlərin regionda öz maraqlarının təmin edilməsi müstəvisində yanaşma, erməni terrorunun əsl simasının ifşası, Ermənistanın yeritdiyi siyasətin məkrli tərəflərinin konkret faktlarla açılması beynəlxalq təşkilatların mövqesizliyi aspektində yanaşma elmi-nəzəri cəhətdən obyektiv əsaslandırılmışdır.

Məqalələrin kitab halında ingilis və rus dillərində də çap edilməsi planlaşdırılır.

 

Azərbaycan.-2013.- 18 iyul.- S.3.