Çoxmədəniyyətli və tolerant ölkə olan Azərbaycan
dünya üçün
bir nümunədir
İyulun 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Madrid Klubunun Sülh, Mədəniyyət Fondunun sədri, UNESCO-nun sabiq baş direktoru Federiko Mayor Saraqosanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan hökuməti və müstəqil qeyri-ticarət təşkilatı olan Madrid Klubu arasında əməkdaşlığın yaradılmasından və inkişaf etdirilməsindən məmnunluq ifadə olunmuş, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
Elmar Məmmədyarov Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə Bakıda keçirilən konfransın işini müsbət qiymətləndirmiş, tərəflər arasında imzalanmış Beynəlxalq Əməkdaşlıq Memorandumunun münasibətlərimizə töhfə verəcəyinə əminliyini bildirmişdir.
Çoxmədəniyyətli
və tolerant ölkə kimi Azərbaycanın dünya
üçün bir nümunə olduğunu diqqətə
çatdıran Federiko Mayor Saraqosa qadınların
respublikamızın cəmiyyətindəki rolunu və gender bərabərliyinin
qorunub saxlanılmasını yüksək qiymətləndirmişdir.
Azərbaycan.-2013.- 17 iyul.- S.4.