ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana dair brifinq keçirilmişdir

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, Helsinki Yekun Aktı və ATƏT-in digər sənədlərinin icrasının monitorinqionlara riayət olunmasının təşviqi ilə məşğul olandaha çox Helsinki Komissiyası kimi tanınan ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası tərəfindən iyulun 16-da Vaşinqtonda Azərbaycan barədə brifinq təşkil edilmişdir.

Komissiya katibliyinin əməkdaşları Şeli HanPol Karterin moderatorluq etdikləri brifinqdə Azərbaycanın rəsmi dairələrini ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Vaşinqtonda ikitərəfli görüşlər keçirmək  məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil etmişlər.

Səfir E.Süleymanov brifinqə geniş yazılı məruzə təqdim etməklə bərabər, iştirakçılar qarşısındakı çıxışında Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermişbütün bunların nəticəsində əldə olunmuş nailiyyətləri sadalamışdır.

Diplomat Azərbaycanın hakimiyyət dairələri tərəfindən oktyabr ayındakı prezident seçkilərinin azaddemokratik şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyini bəyan etmiş və ölkəmizin gələcək taleyinin xarici ölkələrdə və paytaxtlarda  deyil, məhz Azərbaycan vətəndaşları tərəfindən müəyyən ediləcəyini bildirmişdir.

E.Süleymanov Azərbaycan Konstitusiyası və milli qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə, hər bir namizədin qeydiyyatdan keçərək seçkilərdə iştirak edə biləcəyini söyləmişdir. O, insan hüquqları ilə bağlı ölkəmizin ünvanına səsləndirilən əsassız tənqidləri qətiyyətlə rədd etmişbu mövqeyini konkret faktlarla əsaslandırmışdır. Səfir bu mənada Azərbaycanın müstəqil ədliyyə sisteminin təşəkkül tapdığını, ölkəmizdə 5 minə yaxın KİV orqanının qeydiyyatdan keçdiyini, əhalimizin internetdən tam sərbəst şəkildə istifadə etdiyini, dinamik vətəndaş cəmiyyətinin mövcud olduğunuinsan kapitalının inkişafına ciddi diqqət yetirildiyini vurğulamışdır. Diplomat Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində hökumət qurumlarının yorulmaz səylərini diqqətə çatdırmış və bu kontekstdə "ASAN xidmət" mərkəzlərinin qısa müddətdə qazandıqları nəticələri təqdir etmişdir. Bu siyasi islahatların uğurlu icrasını şərtləndirən iqtisadi nailiyyətləri də sadalayan səfir son 10 ildə Azərbaycanda əhali arasında yoxsulluq səviyyəsinin 49 faizdən təqribən 6 faizə endiyini göstərmişdir.

Diplomat Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu ifadə etmiş və Azərbaycan səfirinin ABŞ-ın Helsinki Komissiyasında iştirakını bu əlaqələrə verdiyimiz dəyərin təsdiqi olduğunu bildirmişdir. E.Süleymanov, həmçinin Azərbaycanın yerləşdiyi coğrafiyada müstəqil və suveren siyasət yeridən azsaylı ölkələrdən biri olduğunu açıqlamışdır.

Çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan səfir Elin Süleymanov bir milyon soydaşımızın evindən-eşiyindən  didərgin salındığını və Ermənistanın onların öz torpaqlarına qayıtmaq hüququnu rədd etdiyini diqqətə çatdırmışdır. O, Azərbaycan əhalisi tərəfindən bu halın insan hüquqlarının ən ağır formada pozulması kimi qəbul edildiyini vurğulamış və bu ədalətsizliyə müvafiq diqqət yetirmədən Azərbaycanda insan haqlarının pozulmasından danışmağın qeyri-ciddi göründüyünü demişdir. Bu çərçivədə E.Süleymanov Moldovanın parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriunun Ermənistanın işğalçılıq siyasəti haqqında reallığı xatırlatdığı zaman Yerevanda üzləşdiyi təhqir və təhdidləri ABŞ ictimaiyyətinin diqqətinə çatdırmış, bu hadisəni Helsinki prinsiplərinin kəskin şəkildə pozulması kimi xarakterizə etmişdir. 

Azərbaycanlı diplomat  yekunda ABŞ-ı ATƏT-in Minsk qrupuna daimi nümayəndə təyin etməyə səsləyərək, münaqişənin nizamlanmasında bu ölkənin daha fəal iştirakını arzu etmişdir. Səfir, həmçinin Ermənistanda keçirilmiş sonuncu prezident seçkiləri zamanı ciddi pozuntuların qeydə alınmasına baxmayaraq, həmin ölkəyə dair hər hansı tədbir görülməməsini Helsinki Komissiyasına irad tutmuşdur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov brifinqdə çıxış edərək Azərbaycan Respublikasının regionalqlobal səviyyədə artmaqda olan çəkisi və nüfuzu barədə danışmışdır. O, ABŞ ilə həyata keçirilən strateji əməkdaşlıq və tərəflər arasında mövcud qarşılıqlı etimadı diqqətə çatdırmış və eləcə də ölkəmizin üzləşdiyi ciddi təhdidlərə baxmayaraq, ardıcıl surətdə müstəqil xarici siyasət yürütdüyünü bildirmişdir.

Səməd Seyidov brifinqdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının davam edən işğalının ağır nəticələrini bir daha diqqətə çatdırmışdır. O, Azərbaycanın Avropa Şurasının üzvü olaraq bu təşkilatla müxtəlif sahələrdə və xüsusilə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı əməkdaşlığın əhəmiyyətini vurğulamış və Azərbaycanın 2014-cü ilin mayından etibarən bu təşkilata sədrlik edəcəyini diqqətə çatdırmışdır.

 Milli Məclisin komitə sədri, həmçinin Azərbaycanın İnsan Hüquqları haqqında Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq, Azərbaycan vətəndaşlarının birbaşa bu məhkəməyə müraciət etmək hüququna malik olduqlarını demiş və Azərbaycan hökumətinin həmin məhkəmənin çıxardığı bütün qərarları icra etdiyini söyləmişdir. Bu kontekstdə Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsi üzrə bir göstərici olaraq, ölkəmizdən bu məhkəməyə təqdim edilən şikayətlərin sayının bir çox Avropa ölkələrindən aşağı olduğunu açıqlamışdır. O, eyni zamanda,  Azərbaycan həbsxanalarındakı məhbusların da sayının daha az olduğunu qeyd etmişdir.

S.Seyidov brifinqdəki  çıxışında bir daha Azərbaycanda aparılan siyasi islahatlar sayəsində əldə edilmiş nailiyyətləri diqqətə çatdırmış, lakin, eyni zamanda, qalan problemləri həll etmək üçün Azərbaycan rəhbərliyinin möhkəm siyasi iradəyə malik olduğunu bəyan etmişdir.

Brifinqdə ABŞ Dövlət Departamentini təmsil edən dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia  Birləşmiş Ştatların Azərbaycanı bir dost ölkə kimi gördüyünü və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləmişdir. O, Azərbaycan hökuməti ilə demokratiyainsan hüquqları üzrə davamlı dialoqun aparıldığını və cari ilin oktyabrında növbəti prezident seçkilərinin azaddemokratik şəkildə keçiriləcəyinə ümidvar olduqlarını bildirmişdir.    

Təqdimatlardan sonra tədbirə dəvət olunan natiqlər, o cümlədən E.SüleymanovS.Seyidov brifinq iştirakçılarının suallarını cavablandırmışlar.

 Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri qismində Vaşinqtonda ikitərəfli görüşlər keçirmək üçün ABŞ-da səfərdə olan Milli Məclisin deputatları Asim Mollazadə və Sevinc Fətəliyeva da brifinqin iştirakçıları arasında olmuşlar.

Sonda qeyd etmək istərdik ki, bir sıra mətbuat orqanları tədbir barədə yanlış məlumat yaymışlar.  Onların yazdıqları kimi, Helsinki Komissiyasında Azərbaycana dair tədbir "dinləmə" deyil, "brifinq" formatında baş tutmuşdur. Mövcud qaydalara əsasən, brifinqlər daha qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları Komissiyanın sədri və ya həmsədri deyil, sadəcə, katiblik əməkdaşları aparırlar. Buna görə də Azərbaycana dair brifinqdə Komissiya üzvlərindən heç biri iştirak etməmişdir. Digər tərəfdən bəzi qüvvələr bu tədbiri yanlış şəkildə yozaraq, onu Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi qələmə verməyə cəhd edirlər. Halbuki Helsinki Komissiyası digər iştirakçılarla yanaşı, Azərbaycan rəsmi dairələrinin nümayəndələrini də bu tədbirə dəvət etmişdir. Azərbaycanın ABŞ-dakı səfiri Elin SüleymanovMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov brifinqə qatılaraq,  Azərbaycanda gedən proseslər, əldə olunan uğurlar, ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişlər.

 

 

Yusif BABANLI,

AzərTAc

Vaşinqton

Azərbaycan.-2013.- 18 iyul.- S.3.