Fransanın nüfuzlu «BeauxArts» jurnalı Heydər Əliyev

 Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələrdən yazır

 

Fransanın nüfuzlu "BeauxArts"  mədəniyyət jurnalında Heydər Əliyev Fondufondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətindən bəhs edən məqalə dərc olunmuşdur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 4-dən 7-dək keçirilən "Azərbaycan Kannda" layihəsinə diqqəti cəlb edən müəllif yazır ki, Azərbaycanın zəngin mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər sayəsində Kruazett bulvarı Qafqaz incilərinin rənginə boyanmışdır. Yazıda bildirilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam Leyla Əliyeva bu hadisələrin mərkəzindədir. İncəsənət qəlbin güzgüsüdürsə, Leyla Əliyeva xalqının simasıdır. O, enerjili, yaradıcı və hər zaman axtarışda olan şəxsdir. Bu gənc xanım 1985-ci ildə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. O, bütün fəaliyyət istiqamətlərində ön sıralardadır. Leyla Əliyeva özünü ailəsinə həsr etməklə yanaşı, ölkəsində keçirilən bir sıra xeyriyyəçilik və ətraf mühit layihələrini dəstəkləyir. "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı olan Leyla Əliyeva 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Leyla Əliyeva özünü ələlxüsus incəsənətə həsr etmişdir. Hər zaman gülərüz olan Leyla Əliyeva fərqli layihələrin öhdəsindən asanlıqla gəlir. O, Azərbaycan incəsənətini təbliğ etmək istiqamətində səy göstərməklə bu sahədə aparıcı rola sahib şəxslərdəndir.

Məqalədə bildirilir ki, Azərbaycanın mədəni dəyərlərini dünyada tanıtmaq məqsədilə 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ölkənin ən böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Fondun fəaliyyətinin əsasında humanitar proqramlar, habelə təhsil, səhiyyə və elm sahələrinin inkişaf etdirilməsinə istiqamətlənmiş layihələr durur.

Məqalədə deyilir: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəsində müasir incəsənət sahəsinin əsas simalarındandır. O, nüfuzlu akademik təhsilə yiyələnmişdir. Leyla Əliyeva Londonun  "Queen's" kollecində, həmçinin Parisin ən böyük kolleclərindən olan Avropa Biznes Məktəbində təhsil almışdır. O, 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr dərəcəsinə yiyələnmişdir. Lakin bununla belə onun müasir incəsənətə olan sevgisi azalmamışdır. Uşaqlıq illərindən yaradıcı mühitdə böyümüş Leyla Əliyeva dünyada tanınan qədim və zəngin Azərbaycan ənənələrini qiymətləndirmək ruhunda tərbiyə almışdır. Bu mədəniyyətin nümunələri olan qədim saxsı qablar, xalçalar, zinət əşyaları Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Sankt-Peterburqun Ermitaj, Londonun ViktoriyaAlbert muzeylərində saxlanılır.

Yazıda qeyd edilir ki, son illər Azərbaycanın müasir incəsənət aləmi diqqət mərkəzindədir. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyi Azərbaycan avanqardını özündə təcəssüm etdirir. "Bakıya uçuş" layihəsinə isə 20-dən artıq rəssamın 100-ə yaxın əsəri daxildir. Bu müasir incəsənət sərgisi də Leyla Əliyeva tərəfindən dəstəklənmişdir. Sərgiyə daxil olan rəsm əsərləri Parisdən Vyanaya, Moskvadan Romaya, Berlindən Londonadək təqdim edilmişdir.

Diqqətə çatdırılır ki, bu gənc kosmopolit xanım "Baku" jurnalında bir sıra rəsm əsərlərini nəşr etdirirmonumental işlərin layihələndirilməsinə imza atır. O, Niki de Sen Fallin əzəmətli əsərini xatırladan "beyin" heykəlinin müəllifidir.

Məqalədə qeyd olunur ki, bu yay fransız tamaşaçılarına Azərbaycan dünyasını görmək imkanı verəcəkdir. İyul ayında Kann şəhərindəki Kruazett bulvarında bu coşqun ölkəni tərənnüm edən coxsaylı sərgilər nümayiş olunur. Tanınmış incəsənət xadimləri möhtəşəm həftə ərzində əsərlərini nümayiş etdirirbu, öz növbəsində zəngin incəsənət aləminə qərq olmaq imkanı yaradır. Qərb və Şərq sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etmişdir.

 

Azərbaycan.-2013.- 18 iyul.- S.4.