Dairə və məntəqə seçki komissiyalarının üzvlərinə
əməkhaqlarının
ödənilməsi
qaydaları haqqında TƏLİMAT
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/26 saylı qərarı
ilə təsdiq edilmişdir
Aşağı seçki komissiyalarının üzvlərinə və seçki prosesinə cəlb edilmiş ştatdankənar işçilərə əməkhaqlarının ödənilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 33-cü, 38-ci, 89-cu, 96-cı maddələri ilə və bu Təlimatla tənzimlənir.
1. Dairə və məntəqə seçki komissiyalarının üzvlərinə və ştatdankənar işçilərə əməkhaqlarının ödənilməsi
1.1. Aşağı seçki komissiyalarının üzvlərinə səlahiyyətli olduqları dövrdə qanunla müəyyən olunmuş qaydada və müddətdə dövlət büdcəsindən pul təminatı ödənilir.
1.2. Dairə seçki komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alırlar.
1.3. Dairə seçki komissiyasının üzv
ləri və məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri seçkilərin (referendumun) (bundan sonra - seçkilərin) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc olunduğu gündən seçkilərin nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahıları tərtib edilərkən dövlət büdcəsi hesabına pul təminatı alırlar.
1.4. Müvafiq seçki komissiyalarının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün qanunvericiliklə müəyyən olunmuş qaydada əsas iş yeri üzrə aldığı əməkhaqqı saxlanılır.
1.5. Müvafiq seçki komissiyası aparatının işçiləri də daxil olmaqla dairə və məntəqə seçki komissiyalarının işinə mülki müqavilə əsasında cəlb edilmiş ştatdankənar işçilərə də əməkhaqqı ödənilir. Bu zaman Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərə əməl olunmalıdır.
1.6. Əməkhaqlarının ödənilmə forması və müddəti qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
2.
Əməkhaqlarının ödənilməsinin maliyyə təminatları
və xərclənməsinə dair hesabat qaydası
2.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir. Həmin xərclər Azərbaycan Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.
2.2. Azərbacan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) ayrılmalı olan vəsaiti səsvermə gününə azı 35 gün qalmış dairə seçki komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər.
2.3. Əlavə seçkilər keçirilərkən, seçkilərin vaxtında və ya tam maliyyələşdirilməsi mümkün olmadıqda seçki komissiyaları vəsaiti daxil olduqca bölüşdürür və köçürürlər.
2.4. Seçki komissiyalarının sədrləri ayrılmış vəsaitə dair sərəncam və həmin vəsaitin xərclənməsinə dair hesabat verir, habelə maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar.
2.5. Ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında seçki komissiyalarının Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri hesabatlarda seçki komissiyası üzvlərinin və komissiya katibliyinin işçilərinin, mülki müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərə əməkhaqlarının ödənilməsi də əks olunmalıdır.
2.6.
Dövlət büdcəsindən ayrılmış vəsaitin
daxil olması və xərclənməsi barədə maliyyə
hesabatı səsvermə günündən sonra 5 gün
müddətində məntəqə seçki komissiyası
tərəfindən dairə seçki komissiyasına, səsvermə
günündən sonra 10 gün müddətində isə
dairə seçki komissiyası tərəfindən Mərkəzi
Seçki Komissiyasına təqdim edilir.
3. Digər xərclərin ödənilməsi
3.1. Dairə seçki komissiyası üzvünün seçkilər dövründə seçki dairəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla), istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir.
3.2.
Nəqliyyat xərcləri (o cümlədən ucqar və yolu
çətin yerlərdə nəqliyyat
xərcləri də daxil olmaqla) seçkilərin
keçirilməsi ilə bağlı ezamiyyət xərcləri,
eləcə də seçki komissiyalarının səlahiyyətlərinin
icrası ilə bağlı digər xərclər seçki
komissiyalarının işinin təmin edilməsi
üçün ayrılan vəsaitdən ödənilir.
4. Yekun müddəalar
4.1. Bu Təlimat qüvvəyə mindiyi
gündən Mərkəzi Seçki
Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/28 saylı qərarı
ilə təsdiq edilmiş "Dairə və
məntəqə seçki
komissiyaları üzvlərinə əməkhaqlarının
ödənilməsi qaydaları haqqında" Təlimat
qüvvədən düşmüş hesab edilir.
Azərbaycan.-2013.- 18 iyul.- S.5.