Prezident İlham
Əliyev Almaniyanın Azərbaycandakı səfirini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
Görüşdə
ötən dövr ərzində ölkələrimiz
arasında əlaqələrin intensiv xarakter
daşıdığı bildirildi, əməkdaşlığımızın
genişləndirilməsində müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin önəmi qeyd
olundu, ikitərəfli münasibətlərimizin bundan sonra
da inkişaf edəcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2013.- 19 iyul.- S.6.